Vakansiya haqqında
Xırdalanda Simurq liseyi üçün peşəkar və təcrübəli riyaziyyat müəllimi axtarılır.
Vəzifə öhdəlikləri
Gündəlik dərslərdə texnologiya və innovativ yanaşmalardan istifadə etmək;
Məktəb proqramına uyğun dərsləri planlaşdırmaq və keçmək;
Müsbət və inklüziv sinif mühiti formalaşdırmaq;
Davamlılıq, hörmət və əməkdaşlığı dəstəkləyən davranış idarəetməsi aparmaq;
Məktəbin qayda və prosedurlarına əməl etmək;
Tələbələrin irəliləyişini qiymətləndirmək;
Şagirdlərə və valideynlərə vaxtında, konstruktiv rəy vermək;
Şagirdlərin inkişafı ilə bağlı həmkarlar və valideynlərlə əməkdaşlıq etmək;
Şöbə və məktəb üzrə görüşlərdə, təşəbbüslərdə iştirak etmək.
Tələb olunan bilik və təcrübə
Bakalavr dərəcəsi mütləqdir;
Riyaziyyat dərslərinin tədrisində 1 ildən artıq iş təcrübəsi;
Beynəlxalq və ya ingilis dilli məktəblərdə iş təcrübəsi üstünlükdür;
Cambridge kurikulumu üzrə təcrübə üstünlükdür.
Bacarıqlar
Fənn üzrə yüksək bilik;
Dəqiqlik, məsuliyyət və hesabatlılıq;
Güclü ünsiyyət və inandırma bacarıqları;
Müsbət yanaşma;
Sinif idarəetməsi bacarığı;
Zamanın düzgün idarə edilməsi.
Təklif etdiyimiz şərtlər
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: həftədə 5 gün, saat 08:00-dan 16:00-dək;
Məzuniyyət: 56 gün;
Peşəkar inkişaf imkanı.
Müraciət etmək istəyən namizədlər “Apply” düyməsində təqdim olunan link vasitəsilə müraciət edə bilərlər.
Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
