Vakansiya haqqında
Şamaxıda anbardar işi axtarırsınızsa, bu vakansiya anbar uçotu və sənədləşmə üzrə təcrübəli namizədlər üçün nəzərdə tutulub.
Nə təklif edirik?
Bazar rəqabətinə uyğun əmək haqqı;
Peşəkar komanda ilə işləmək imkanı;
Vəzifə öhdəlikləri
Anbar işinin təşkil olunması;
Anbar hesabatlarının hazırlanması və aparılması;
Anbar qalıqlarına nəzarət edilməsi;
Mal və materialların hərəkətinə nəzarət olunması;
Layihələr üzrə malların çatdırılmasının təşkili;
Malların anbara mədaxil və məxaric prosesinin təmin edilməsi;
Qaimə və hesab-fakturalar əsasında anbar proseslərinin icrası;
Anbara daxil olan məhsulların qəbulu, qeydiyyatı və saxlanılmasının təmin edilməsi;
Malların xüsusiyyətinə uyğun şəkildə anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının təşkili;
Anbarın təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət edilməsi;
Namizədə aid tələblər
Ali təhsil;
Anbar sahəsində ən azı 3–5 il iş təcrübəsi;
Anbar uçotu və sənədləşmə qaydalarını bilməsi;
1C proqramında sərbəst işləmək bacarığı;
MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
Mal-materialların qəbulu, yerləşdirilməsi, uçotu və təhvil verilməsi üzrə təcrübə;
İnventarizasiya və anbar qalıqlarının düzgün aparılması üzrə bilik;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
İş şəraiti
İş rejimi: 5 günlük;
İş yeri: Şamaxı rayonu;
Şamaxı rayonunda yaşayan namizədlərə üstünlük veriləcək.
CV-lərinizi mövzu hissəsində “Anbardar (Şamaxı)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
