Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Booo.az

Təchizat üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

BOOO Group komandasında istehsal, təchizat və operativ satınalma proseslərini idarə edəcək Təchizat üzrə mütəxəssis axtarılır. Vəzifə öhdəlikləri İstehsal proseslərinin təşkili və nəzarəti: tədbirlər və layihələr üçün lazım olan rekvizit, konstruksiya və digər məhsulların istehsal prosesini təşkil etmək; usta, sex və digər istehsalçılarla işləmək, texniki tapşırığı düzgün şəkildə ötürmək; istehsalın qiymət, keyfiyyət və təhvil müddətinə nəzarət etmək; hazır məhsulun ölçü, say və keyfiyyət baxımından sifarişə uyğunluğunu yoxlamaq; zərurət yarandıqda istehsal prosesini yerində izləmək. Yerində və operativ satınalmaların həyata keçirilməsi: layihələr üçün tələb olunan material, avadanlıq və digər məhsulların bazarda araşdırılması; tikinti bazarları, mağazalar, topdansatış məntəqələri və digər təchizatçılardan yerində alışların həyata keçirilməsi; təcili ehtiyaclar zamanı tələb olunan məhsulun qısa müddətdə tapılması və alınması; qiymət və keyfiyyət müqayisəsi apararaq uyğun alış variantının seçilməsi; alınan məhsulların vaxtında ofisə, anbara, istehsal sahəsinə və ya tədbir məkanına çatdırılmasının təşkili. Təchizatçı və qiymət araşdırmaları: yeni təchizatçı, istehsalçı və ustaların tapılması; müxtəlif təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi; daha sərfəli alış və istehsal variantlarının müəyyən edilməsi; daimi təchizatçı bazasının formalaşdırılması və yenilənməsi. Material və anbar planlaması: layihələr üzrə tələb olunan material siyahılarının hazırlanması; anbarda mövcud material və məhsulların yoxlanılması; çatışmayan məhsulların vaxtında sifariş və ya satın alınmasının təmin edilməsi; alınmış və istehsal edilmiş məhsulların aidiyyəti üzrə təhvil verilməsinə nəzarət. Tədbirlər üzrə operativ texniki dəstək: tədbir öncəsi yarana biləcək təchizat ehtiyaclarının operativ həlli; zərurət olduqda tədbir məkanında texniki və təchizat proseslərinə dəstək göstərmək; regionlarda və həftəsonları keçirilən tədbirlərin iş rejiminə uyğunlaşmaq. Hesabat və xərc nəzarəti: edilən alış və istehsal xərclərinin qeydiyyatını aparmaq; qəbz, hesab və digər alış sənədlərinin düzgün şəkildə təqdim edilməsi; xərclərin optimallaşdırılması üçün alternativ həllər təklif etmək; görülmüş işlər üzrə rəhbərliyə məlumat və hesabat təqdim etmək. Tələblər operativ və həll yönümlü düşüncə qabiliyyəti; bazar araşdırması və qiymət müqayisəsi bacarığı; usta, istehsalçı və təchizatçılarla effektiv ünsiyyət qurmaq bacarığı; riyazi və məntiqi düşüncə; planlama və təşkilatçılıq bacarığı; satınalma, təchizat, istehsal və ya logistika sahəsində iş təcrübəsi üstünlükdür; MS Excel və Google Sheets üzrə işləmə bacarığı; telefon və yazılı ünsiyyət bacarıqlarının yaxşı olması; regionlara səfər etmək və fleksibil iş qrafikinə uyğunlaşmaq imkanı; event sahəsində təcrübənin olması üstünlükdür; sürücülük vəsiqəsinin olması üstünlükdür; şəxsi avtomobilin olması arzuolunandır, lakin məcburi deyil. Əmək haqqı və iş şərtləri Əmək haqqı: razılaşma yolu ilə Sınaq müddəti: 1 ay Müraciət Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Təchizat üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.