Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Tam Store

Memar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Memar vakansiyası layihə sənədlərinin hazırlanması, ölçü işləri və 2D planların tərtibi üzrə peşəkar namizəd axtarılır. Əsas vəzifələr Yeni mağazalarda ölçü işləri tamamlandıqdan sonra layihənin hazırlanmasına başlamaq; Hər bir xətt və ölçü diqqətlə yoxlandıqdan sonra yeni mağaza üçün 2D plan görüntüsünü hazırlamaq, bəzi hallarda bu planı sıfırdan, bəzi hallarda isə bərpa edərək tərtib etmək; Obyektdən götürülən ölçülər əsasında hazır ölçü çertyojunu, yəni obmeri hazırlayıb təqdim etmək; Obyektə gedərək tikinti-quraşdırma işlərinin əvvəlcədən hazırlanmış plana uyğun aparılıb-aparılmadığını yoxlamaq; Layihə işlənərkən tikinti və yerləşim planlarını düzgün şəkildə əks etdirmək, əvvəlcə yerləşim planını hazırlayıb müvafiq struktura uyğunluğun yoxlanılması üçün göndərmək və layihənin təsdiq prosesini təmin etmək. Tələb olunan bilik və bacarıqlar Çertyojları düzgün oxumağı və anlamağı bacarmalıdır; Obyekt və ərazi üzrə düzgün orientasiyaya malik olmalıdır; Obyektdə dəqiq ölçü götürmək bacarığı olmalıdır, o cümlədən divar ölçüləri, hündürlüklər, məsafələr və digər zəruri göstəricilər; Obyektə gedərək bütün lazımi ölçüləri düzgün şəkildə qeyd etməli və əldə etdiyi məlumatları sistemləşdirməyi bacarmalıdır; Ərazinin və obyektin mövcud çertyojlarını proqramda işləyə bilməli, götürülmüş ölçüləri proqram təminatına düzgün köçürməyi bacarmalıdır; Tikinti işlərinin layihəyə və verilmiş plana uyğunluğuna nəzarət etməyi bacarmalıdır; DWG proqramını yaxşı səviyyədə bilməlidir; ArchiCAD formatı ilə işləmək bacarığı arzuolunandır. Təhsil və iş təcrübəsi Təhsil: ali, müvafiq sahə üzrə; Sahə üzrə minimum 1 il iş təcrübəsi; Bakı və regionlarda işləməyə açıq olmalıdır; Şəxsi avtomobilinin olması tələb olunur; Kollektivdə işləmək bacarığı olmalıdır; Məsuliyyətli, intizamlı və operativ olmalıdır. İş şərtləri İş qrafiki: tam iş günü, 5 gün; İş saatları: 09:00-18:00; İş yeri: ərazi. Biz nə təklif edirik Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Müraciət qaydası Göstərilən tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Memar” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.