Vakansiya haqqında
Keramoqranit, santexnika və hamam məhsulları üzrə korporativ satış meneceri vakansiyası təqdim olunur.
Selection Gallery premium İtaliya və İspaniya istehsalı keramoqranit, santexnika və hamam məhsullarının satışı ilə məşğul olan şirkətdir.
Vəzifə öhdəlikləri
Tikinti şirkətləri, podratçılar, memarlar və dizayn studiyalarının araşdırılması;
Yeni korporativ müştərilərin tapılması və əlaqənin qurulması;
Yeni tikinti və təmir layihələrinin izlənilməsi;
Layihələr üzrə məhsul ehtiyaclarının müəyyən edilməsi;
Selection Gallery məhsullarının layihələrə təklif edilməsi;
Keramoqranit, santexnika və hamam məhsullarının təqdimatı;
Qiymət təkliflərinin hazırlanması və müştəriyə göndərilməsi;
Təkliflərin ardıcıl izlənməsi və satışın yekunlaşdırılması;
Mövcud korporativ müştərilərlə işgüzar münasibətlərin inkişaf etdirilməsi;
Gündəlik görüş, zəng, yeni müştəri və satış nəticələri üzrə hesabatın hazırlanması;
Rəhbərliyə həftəlik və aylıq satış hesabatlarının təqdim edilməsi.
Tələblər
Satış sahəsində minimum 3–5 il iş təcrübəsi;
B2B və korporativ satış təcrübəsi üstünlükdür;
Aktiv satış və yeni müştəri axtarışı bacarığı;
Güclü kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti;
Satışı bağlama bacarığı;
Azərbaycan dili — əla;
Rus dili və Azərbaycan dili — üstünlükdür;
Yaş həddi: 22-40.
Şərtlər
Maaş: 500-1.000 AZN
İş qrafiki: Tam ştat, 10:00-19:00
Müraciət qaydası
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Korporativ satış meneceri” sözlərini qeyd edərək Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
