Vakansiya haqqında
Sənədlərlə işləmək, ofis proseslərini öyrənmək və kargüzarlıq sahəsində praktiki təcrübə qazanmaq istəyən namizədlər 2 aylıq təcrübə proqramına dəvət olunur.
Proqram haqqında
Grinco MMC kargüzarlıq üzrə təcrübə proqramı çərçivəsində sənəd dövriyyəsi, ilkin mühasibat sənədləri, arxivləşdirmə və gündəlik ofis işləri üzrə real praktika təqdim edir. Proqramın məqsədi namizədlərə şirkət daxili sənəd idarəçiliyi və inzibati proseslər üzrə iş vərdişləri qazandırmaqdır.
Təcrübə müddətində öyrənəcəkləriniz
Daxil olan və göndərilən sənədlərin qeydiyyatı və sistemləşdirilməsi;
Müqavilə, hesab, akt, qaimə və digər korporativ sənədlərlə iş qaydaları;
Elektron və fiziki sənəd arxivinin düzgün təşkili;
Sənədlərin skan olunması, adlandırılması və uyğun qovluqlarda saxlanılması;
İlkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması prinsipləri;
Mühasibatlıq və maliyyə şöbəsi ilə sənəd mübadiləsi;
Excel və digər ofis proqramlarında məlumatların işlənməsi;
ERP və şirkədaxili iş sistemlərinin əsas iş prinsipləri;
Rəsmi işgüzar yazışma və sənəd hazırlama qaydaları;
Şirkətin gündəlik inzibati və kargüzarlıq prosesləri.
Namizədə tələblər
Ali və ya orta ixtisas təhsili alan, yaxud yeni məzun olmuş namizədlər;
Gələcəkdə mühasibatlıq, maliyyə, kargüzarlıq və ya inzibati sahədə inkişaf etmək istəyi;
Sənədlərlə işləməyə maraq;
MS Word və Excel üzrə ilkin biliklər;
Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq;
Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək bacarığı;
Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət;
Şəxsi noutbukun olması mütləqdir.
Proqramın şərtləri
Müddət: 2 ay;
Rəsmiləşdirmə: qanunvericiliyə uyğun;
Aylıq xərclərin qarşılanması: 150 AZN;
Şəxsi noutbuk: mütləqdir.
Proqramı uğurla tamamlayan, işə yanaşması və nəticələri müsbət qiymətləndirilən namizədlərə partnyor şirkətlərdə daimi iş təklifi ediləcək.
İş şəraiti
İş yeri: Bakı;
İş qrafiki: Bazar ertəsi – Cümə;
İş saatı: 08:30 – 17:30.
Kimlər üçün uyğundur?
Bu təcrübə proqramı xüsusilə iş təcrübəsi az olan və ya ümumiyyətlə olmayan, lakin öyrənməyə həvəsli, gələcəkdə mühasibatlıq sahəsində karyera qurmaq istəyən namizədlər üçün nəzərdə tutulub. Seçim zamanı əvvəlki iş təcrübəsindən çox məsuliyyət, dəqiqlik, öyrənmək istəyi və işə ciddi yanaşma əsas götürülür.
Müraciət qaydası
Namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Kargüzar Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Uyğun namizədlərlə seçim mərhələsi üçün əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
