Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Groupone

Baş anbardar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

“Groupone” MMC Təhcizat şöbəsi üçün baş anbardar vakansiyası üzrə namizəd axtarır. Vəzifə öhdəlikləri Anbarın gündəlik iş prosesinin təşkili və idarə olunmasına nəzarət etmək; Anbara daxil olan və anbarlardan çıxan malların qəbul və təhvil proseslərini koordinasiya etmək; Daxil olan malların sənədlərlə uyğunluğunu yoxlamaq, uyğunsuzluq aşkar edildikdə rəhbərliyə məlumat vermək; Malların anbar daxilində düzgün yerləşdirilməsini, saxlanmasını və təhlükəsizliyini təmin etmək; ERP sistemi üzərindən anbar uçotunun aparılmasına nəzarət etmək; ERP proqramında mədaxil və məxaric əməliyyatlarının düzgün və vaxtında qeyd olunmasını təmin etmək; Anbar qalıqlarına gündəlik nəzarət etmək və müvafiq hesabatları hazırlamaq; Gündəlik, həftəlik və aylıq anbar hesabatlarının hazırlanmasını təşkil etmək; İnventarizasiya prosesini təşkil etmək və nəticələrə nəzarət etmək; Anbarda çalışan əməkdaşların iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək; Anbar əməkdaşlarının iş intizamına və müəyyən edilmiş prosedurlara riayət etməsini təmin etmək; Anbarın nizam-intizamını, təhlükəsizliyini və maddi-texniki resursların qorunmasını təmin etmək; Anbar üzrə mövcud problemləri operativ şəkildə müəyyən etmək və rəhbərliyə bildirmək. Namizədə tələblər Yaş həddi: 25-45; Bəy namizəd tələb olunur; Restoran və qida sahəsində anbar üzrə minimum 3 il iş təcrübəsi; Baş anbardar və ya anbar üzrə rəhbər vəzifəsində təcrübə arzuolunandır; ERP proqramı ilə işləmək bacarığı (1C və ya digər sistemlər); MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Anbar uçotu, sənədləşmə və inventarizasiya qaydalarını bilmək; Komandaya rəhbərlik və iş bölgüsü aparmaq bacarığı; Məsuliyyətli, diqqətli, dəqiq və operativ olmaq; Analitik düşünmə və problem həll etmə bacarığı. Təminatlar İş qrafiki: 6 günlük; İş yeri: Bakı şəhəri, Babək prospekti, City Park Mall-la üzbəüz; Nahar şirkət tərəfindən verilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə; Əmək haqqı: 2000 AZN. Uyğun namizədlər öz CV-lərini “Baş anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.