Vakansiya haqqında
Bakı şəhərində sahə mühəndisi axtarılır.
Vəzifə funksiyaları
Tikinti prosesinin hər gün icra qrafikinə, layihə sənədlərinə və texniki tələblərə uyğun şəkildə idarə olunması;
Sahədə aparılan işlərin keyfiyyətinə və düzgün icrasına nəzarət edilməsi;
Ustalar, briqadalar və subpodratçıların işinin koordinasiya olunması, tapşırıqların sahə üzrə bölüşdürülməsi;
Layihə üzrə konstruktiv, memarlıq və mühəndis sistemlərinə aid rəsmlərin oxunması və işçilərə izah edilməsi;
Gündəlik və həftəlik iş planlarının hazırlanması və icrasına nəzarət edilməsi;
Materialların vaxtında və düzgün şəkildə sahəyə çatdırılması üçün müvafiq şöbələrlə əlaqələndirmənin aparılması;
Sahə ölçülərinin, iş həcmlərinin və görülən işlərin qeydiyyatının aparılması;
Keyfiyyətsiz və ya layihəyə uyğun olmayan işlərin müəyyənləşdirilməsi və operativ aradan qaldırılması üçün tədbirlərin görülməsi;
Texniki təhlükəsizlik qaydalarının sahədə icrasına nəzarət edilməsi;
Görülən işlər üzrə foto və yazılı hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması;
Subpodratçıların iş həcmlərinin qəbulunda iştirak edilməsi və icra sənədləşməsinin aparılması;
İşlərin mərhələli təhvil-təslim prosesində iştirak edilməsi.
Vəzifəyə olan tələblər
Ali təhsil (İnşaat üzrə);
Sahə mühəndisi və ya icra mühəndisi kimi 2-5 ildən artıq iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləmə bacarığı;
AutoCAD bilikləri, Revit, Civil 3D və Microsoft Project bilikləri üstünlükdür;
Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər haqqında güclü biliklər;
Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh edilməsi bacarığı;
Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı.
Əmək şəraiti
İş qrafiki: 6 günlük;
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: 2000-2500 AZN NET.
Müraciət qaydası
Maraqlanan namizədlər CV formalarını mövzu hissəsində “Sahə mühəndisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
