Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABV

Graphic designer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

ABV.AZ komandası yaradıcı, vizual estetikaya önəm verən Graphic Designer axtarır. Vəzifə haqqında Dizaynı yalnız göz oxşayan görünüş kimi deyil, həm də brend dəyərini gücləndirən və marketinq məqsədlərinə dəstək verən strateji alət kimi görürsünüzsə, sizi komandamızda görməkdən məmnun olarıq. Əsas vəzifə öhdəlikləri Sosial media, rəqəmsal reklam kampaniyaları, e-mail marketinq materialları, təqdimatlar, çap məhsulları və digər kommunikasiya vasitələri üçün kreativ vizualların hazırlanması Marketinq kampaniyaları, məhsul və xidmət təşviqləri üçün konseptual dizayn həllərinin hazırlanması Briflərə əsasən vizual kontentin tərtib edilməsi və brend standartlarına uyğunlaşdırılması Marketinq və kontent komandası ilə sıx əməkdaşlıq edərək effektiv kommunikasiya materiallarının hazırlanması Namizəddən gözləntilərimiz Qrafik dizayn sahəsində minimum 2-4 il iş təcrübəsi Sosial media, reklam, kampaniya və çap işlərini əhatə edən portfolio Adobe Creative Suite proqramlarında sərbəst işləmək bacarığı, xüsusilə Photoshop və Illustrator Vizual iyerarxiya, kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə güclü biliklər Komanda ilə əməkdaşlıq etmək, konstruktiv rəy qəbul etmək və vaxtı səmərəli idarə etmək bacarığı Dinamik və sürətli iş mühitində yüksək məsuliyyətlə fəaliyyət göstərə bilmək Motion Design və animasiya üzrə bacarıqlar, o cümlədən Adobe After Effects və digər uyğun proqramlar üzrə biliklər üstünlükdür Təklif etdiyimiz imkanlar Rəsmi işə qəbul 5 günlük iş rejimi: 09:00–18:00 Böyük texnologiya brendləri ilə işləmək imkanı Peşəkar və inkişaf yönümlü komanda mühiti Müxtəlif marketinq layihələrində iştirak imkanı Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Qrafik Dizayner” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.