Vakansiya haqqında
Bakıda zəng mərkəzi operatoru vakansiyası üçün müraciətlər qəbul olunur.
Vəzifə öhdəlikləri
Daxil olan müraciət və şikayətləri qəbul etmək, onları işləmək və məlumatı aidiyyəti şöbələrə yönləndirmək;
Şirkətin əməkdaşlıq etdiyi provayderlər barədə geniş məlumata sahib olmaq və müştərilərdə yarana biləcək sualları cavablandırmaq;
Sorğuları müəyyən edilmiş təlimatlara uyğun şəkildə düzgün emal etmək;
Nəzakətli davranmaq və telefon etiketi qaydalarını bilmək;
Ünsiyyətcil və səbirli olmaq;
Şöbə rəhbərinin fərdi tapşırığı əsasında tələb olunan hesabatları hazırlamaq;
Qeyd olunan səlahiyyət çərçivəsində bəzi provayderlərlə əlaqə saxlayaraq problemin qısa müddətdə həllinə çalışmaq;
Nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda şöbənin digər əməkdaşlarını əvəz etmək.
Namizədə qoyulan tələblər
Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili ana dili səviyyəsində, rus dili arzuolunandır;
MS Office proqramlarında işləmək bacarığı;
Nitqdə qüsurun olmaması;
Verilən proqram təminatı ilə işləyə bilmək;
Tapşırıqlara tez uyğunlaşmaq bacarığı;
Kollektivdə işləməyə uyğunlaşma bacarığı.
İş şəraiti
Ofis daxili iş;
Həftənin 6 günü iş rejimi;
Növbəli iş saatları: 08:00-16:00, 09:00-17:00, 15:00-23:00, 16:00-00:00;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatı;
Nahar təminatı.
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
