Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

MER Group

İnsan resursları üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İnsan resursları üzrə mütəxəssis axtarılır və namizəddən kadr proseslərinin düzgün idarə olunması gözlənilir. Vəzifə öhdəlikləri İşçi ehtiyacını müəyyən etmək və işə qəbul planını hazırlamaq; Kadr sənədlərini tərtib etmək və onların düzgün idarə olunmasına nəzarət etmək; Davamiyyət məlumatlarını toplamaq, yoxlamaq və əmək haqqı hesablanması üçün hazırlamaq; Kadr dəyişikliklərini, o cümlədən işə qəbul, vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi, xitam və digər prosesləri 1C sistemində düzgün əks etdirmək; HR proseslərini əmək qanunvericiliyinə uyğun şəkildə icra etmək. Tələblər İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi; Restoran sektorunda ən azı 1 il təcrübə; Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; Ezamlara açıq olmaq; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları; Komandada işləmək və prosesləri effektiv idarə etmək bacarığı; Analitik düşünmə və problemləri operativ həll etmə bacarığı. Şəxsi keyfiyyətlər Məsuliyyətli və təşəbbüskar olmaq; Nəticəyönümlü və operativ yanaşma; Yüksək etik davranışa və məxfilik prinsiplərinə riayət etmək. İş şəraiti İş qrafiki: 5 günlük iş həftəsi; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və inkişaf yönümlü iş mühiti. Müraciət qaydası Bakı üzrə bu vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində "İnsan Resursları üzrə mütəxəssis" qeyd etmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.