Vakansiya haqqında
BeFit üçün sosial media idarəçiliyi, kontent yaradılması və Reels hazırlığı üzrə kreativ SMM mütəxəssisi axtarırıq.
Əsas vəzifələr
BeFit-in sosial media hesablarının idarə olunması;
kontent planının hazırlanması və icrası;
postların, Reels və Stories-in mütəmadi paylaşılması;
klub daxilində mobil cihazla foto və video çəkilişlərin müstəqil şəkildə həyata keçirilməsi;
məşqlərin, məşqçilərin, tədbirlərin, əməkdaşlıqların və BeFit-in gündəlik fəaliyyətinin çəkilişi;
Reels və sosial şəbəkələr üçün qısa videoların montajı;
aktual trendlərin izlənməsi və BeFit üslubuna uyğunlaşdırılması.
Namizəd üçün tələblər
SMM sahəsində iş təcrübəsi;
Azərbaycan və rus dillərini sərbəst bilmək;
mobil foto və video çəkiliş bacarıqları;
Reels və qısa videoların montajı bacarığı;
qrammatik cəhətdən düzgün yazı üslubu və mətnlə işləmə bacarığı;
yaxşı vizual zövq və güclü müşahidə qabiliyyəti;
fitness, wellness, lifestyle və ya premium seqmentdə təcrübə üstünlükdür.
İş yeri
Crescent Mall, 5-ci mərtəbə.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız bütün tələblərə uyğun olan namizədlərin müraciət etməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
