Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sahara Electronics MMC

HR menecer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakı üzrə HR menecer axtarılır və retail, topdan satış, B2B komanda ilə işləməyə hazır peşəkar namizədlər müraciət etməyə dəvət olunur. HR menecer vakansiyası Baş ofisi Abşeron Ticarət Mərkəzində, əsas satış mərkəzləri isə Sədərək Ticarət Mərkəzi ərazisində yerləşən şirkətimiz komandamıza dinamik və özünəgüvənən mütəxəssislər axtarır. Ümumi məqsəd Retail mağaza personalı, topdan satış təmsilçiləri, B2B satış menecerləri, kateqoriya komandası və mərkəzi ofis üçün insan resursları proseslərini səmərəli şəkildə idarə etməkdir. Buraya işə qəbul, adaptasiya, motivasiya, performansın qiymətləndirilməsi və kadr kargüzarlığı daxildir. Əsas vəzifə və öhdəliklər İşə qəbul və seçim Retail işə qəbulu: mağazalar üçün satış təmsilçiləri, kassaçılar, mağaza müdirləri və merchandiser-lərin operativ şəkildə tapılması və turnover-in azaldılması. Spesifik vəzifələr üzrə işə qəbul: topdan və B2B satış menecerləri, eləcə də kateqoriya menecerləri kimi xüsusi səriştə tələb edən vakansiyalar üçün uyğun namizədlərin cəlb olunması. Adaptasiya və təlim Yeni əməkdaşların adaptasiyası: yeni işə qəbul olunan personal üçün şirkət mədəniyyətinə və pərakəndə/satış standartlarına uyğunlaşmanı sürətləndirən onboarding proqramlarının təşkili. Satış və məhsul təlimləri: satış direktoru və kateqoriya meneceri ilə birlikdə satış texnikaları, müştəri xidməti və məhsul bilikləri üzrə təlimlərin keçirilməsi. Performans və motivasiya KPI və bonus sistemləri: retail mağaza heyəti, topdan satış menecerləri və B2B satış meneceri üçün satış direktoru ilə birgə ədalətli motivasiya və komissiya sistemlərinin hazırlanması. Performansın qiymətləndirilməsi: əməkdaşların illik və rüblük qiymətləndirmə proseslərinin həyata keçirilməsi. Kadr kargüzarlığı və əmək qanunvericiliyi Hüquqi əməliyyatlar: əmək müqavilələrinin bağlanması, əmrlərin hazırlanması, məzuniyyət və tabel uçotunun Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun aparılması. İş rejimi və növbələr: mağazalardakı növbəli iş rejimlərinin və iş vaxtının uçotunun izlənməsi. Korporativ mədəniyyət və əməkdaş məmnuniyyəti Şirkətdaxili kommunikasiyanı və komanda ruhunu gücləndirmək üçün tədbirlərin təşkili. Mağaza və ofis heyəti arasında yaranan daxili şikayətlərin və münaqişələrin tənzimlənməsi. Vəzifə tələbləri Ali təhsil: insan resursları, psixologiya, biznesin idarə edilməsi və ya hüquq istiqamətləri üzrə. Təcrübə: HR menecer kimi azı 3-5 il iş təcrübəsi, mağaza personalı ilə iş təcrübəsi mütləqdir. Səriştələr: əmək qanunvericiliyini yaxşı bilmək, kadr kargüzarlığı, emosional intellekt, konfliktlərin idarə olunması, HRMS və 1C kadr proqramları ilə işləmək bacarığı. Biz nə təklif edirik? Əmək haqqı: 1,800 - 2,200 AZN, təcrübə və bacarıqlara əsasən sabit maaş + performans əsaslı illik KPI bonusları. Korporativ nömrə və noutbuk. 6 günlük iş həftəsi. Ünvan: Abşeron Mall, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57. CV-lərinizi “Mövzu” hissəsində “HR meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.