Vakansiya haqqında
İnformasiya təhlükəsizliyi departamentində təcrübəçi axtarılır.
Əsas vəzifələr
Bu vəzifədə aşağıdakı işlərə cəlb olunacaqsınız:
Şəbəkələr, veb və mobil tətbiqlər, həmçinin API-lər üzrə sızma testlərinin planlanması və icrasında iştirak etmək;
SAST və DAST alətləri ilə tətbiqlərin və mənbə kodunun təhlükəsizlik baxımından analizini aparmaq;
Zəifliklərin müəyyən edilməsi, qiymətləndirilməsi, prioritetləşdirilməsi və aradan qaldırılması prosesində iştirak etmək;
CVSS əsasında risk səviyyələrinin qiymətləndirilməsinə dəstək vermək və aradan qaldırma prosesini izləmək;
Aşkarlanan zəifliklər üzrə texniki hesabatların və tövsiyələrin hazırlanmasına kömək etmək;
Red Team fəaliyyətlərində, sosial mühəndislik məşqlərində və phishing simulyasiyalarında iştirak etmək;
Aradan qaldırılmış zəifliklər üzrə təkrar yoxlamalar aparmaq;
OWASP, PTES və NIST kimi təhlükəsizlik standart və metodologiyalarını tətbiq etmək.
Peşəkar profil
İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsil;
Pentest və informasiya təhlükəsizliyi üzrə ilkin biliklər;
OWASP Top 10, veb tətbiq zəiflikləri və şəbəkə təhlükəsizliyi barədə anlayış;
SAST/DAST alətləri və geniş istifadə olunan pentest alətləri ilə tanışlıq;
Linux və Windows əməliyyat sistemləri barədə bilik;
Python, Bash və ya PowerShell dillərindən ən azı biri üzrə baza bilikləri;
İngilis dili orta səviyyədə;
Müvafiq sertifikatlar, DevSecOps, CTF yarışları və ya bug bounty təcrübəsi üstünlük sayılır.
Şəxsi keyfiyyətlər
Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
Texniki məlumatı aydın və səlis şəkildə çatdırmaq bacarığı;
Etik prinsiplərə və məxfilik tələblərinə ciddi yanaşma;
Komandada səmərəli işləmək və daim öyrənməyə açıq olmaq.
Müraciət qaydası
İlkin seçim meyarlarına uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan şəxslər “Müraciət et” düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
