Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PMD Group

Texniki nəzarət üzrə baş mühəndis

QarabağMənbə: Vezife.az

Vakansiya haqqında

Texniki nəzarət üzrə baş mühəndis vakansiyası tikinti layihələrində sahə nəzarəti, sənədləşmə və risklərin idarə edilməsini əhatə edir. Vəzifə öhdəlikləri Sifarişçi tərəfindən texniki nəzarətin həyata keçirilməsi Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa işlərində sahə baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim olunması Baş podratçı və podratçıların icrasının norma və qaydalara, AzDTN-ə, müqavilə şərtlərinə və Sifarişçi tələblərinə uyğunluğunun yoxlanılması Risk əsaslı monitorinq planlarının hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim edilməsi Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən aşkarlanması, düzəliş və bərpa planlarının tələb olunması Uyğunsuzluqlar üzrə düzəldici və önləyici tədbirlərin izlənməsi, bağlanma prosesinə nəzarət edilməsi Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya məhdudlaşdırılması barədə rəy və ya tələb irəli sürülməsi Layihə sənədlərinin təhlili Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından deyil, həm də icra mümkünlüyü, texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından kompleks şəkildə qiymətləndirilməsi Layihə dəyişikliklərinin qrafik və büdcəyə təsirinin təhlil edilməsi Uzunmüddətli sifariş tələb edən material və avadanlıqların icra planına və risk profilinə təsirinin qiymətləndirilməsi Value Engineering və optimallaşdırma imkanlarının müəyyən edilməsi, icra baxımından əsaslandırılmış təkliflərin verilməsi Tikinti prosesinə nəzarət Tikinti-quraşdırma işlərinə təkcə operativ nəzarət deyil, həm də icra performansının strukturlaşdırılmış idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş nəzarət mexanizminin tətbiqi Sahə səfərləri və monitorinqlərin aparılması, kritik iş mərhələlərindən əvvəl hazırlıq yoxlamalarının təşkil edilməsi Beton tökülməsi, MEP inteqrasiyası, fasad montajı və oxşar mərhələlər öncəsi pre-activity checks-in həyata keçirilməsi Uyğunsuzluqların qeydə alınmasından onların bağlanmasına qədər izlənilməsi Müqavilə və maliyyə sənədlərinin texniki baxışı BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi Variations, əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin formalaşdırılmasına dəstək verilməsi Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi Texniki imkanların və icra qabiliyyətinin layihə həcminə uyğunluğunun dəyərləndirilməsi Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin hazırlanması və bağlanmasına qədər izlənməsi Aşağı performans hallarında düzəliş tədbirlərinin, zəruri olduqda isə heyət dəyişikliklərinin tələb edilməsi Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki məsələlər üzrə proseslərin mütəmadi izlənməsi İstismara qəbul prosesinə strukturlaşdırılmış nəzarətin həyata keçirilməsi Tənzimləyici risklərin qrafikə təsirinin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin müəyyən edilməsi Hesabatlılıq və idarəçilik dəstəyi Həftəlik və aylıq texniki hesabatların hazırlanması Tikinti icra sənədlərinin, o cümlədən aktların, jurnalların, icra cizgilərinin və digər texniki sənədlərin arxivləşməsinin yoxlanılması Tələblər Bilik və bacarıqlar Daşınmaz əmlak və tikinti sahəsində normativ-hüquqi biliklərə, o cümlədən AzDTN və Şəhərsalma və Tikinti Məcəlləsinə bələdlik, eləcə də beynəlxalq tikinti standartlarını araşdırmaq bacarığı Layihə, Müqavilə və BOQ sənədlərinin birlikdə texniki təhlilini aparmaq bacarığı AutoCAD və MS Office bilikləri, xüsusilə qabaqcıl Excel bacarığı Tikinti metodologiyası, mərhələləşmə və icra risklərinin idarə olunması üzrə güclü bilik Müqavilə və texniki sənədlərlə işləmə bacarığı Güclü ünsiyyət, analitik düşüncə və hesabat hazırlama bacarığı Texniki analiz və risk qiymətləndirmə bacarığı Təhsil və iş təcrübəsi Mühəndislik və ya Tikinti İdarəetməsi üzrə ali təhsil, məsələn inşaat mühəndisliyi Tikinti və daşınmaz əmlak inkişaf layihələrində minimum 10 il ümumi peşəkar təcrübə Böyükmiqyaslı və yüksək büdcəli layihələrdə icra idarəçiliyi təcrübəsi Planlaşdırma, xərclərə nəzarət, texniki ofis, tender və müqavilələr kimi bir çox layihə funksiyalarında təcrübə üstünlükdür Sifarişçi və ya İnvestor tərəfində iş təcrübəsi üstünlükdür Çox layihəli komandalarda iş təcrübəsi üstünlükdür Vakansiya haqqında Vakansiya növü: Tam ştat Maraqlanan namizədlər müraciət et düyməsində qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.