Vakansiya haqqında
Bakıda aparıcı hüquqşünas vakansiyası üzrə peşəkar əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri
Müxtəlif sahələrə aid müqavilələrin, o cümlədən daxili və xarici satınalma, logistika, nəqliyyat və digər istiqamətlər üzrə sənədlərin hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflərin verilməsi, şərtlər üzrə danışıqların aparılması;
Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərin araşdırılması və onlara cavabların hazırlanması;
Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, onların hüquq və qanuni mənafelərinin müdafiə olunması;
Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi və qərarlardan şikayət verilməsi;
Müxtəlif sahələr üzrə qanunvericiliyin tələbləri ilə bağlı mütəmadi rəylərin və arayışların hazırlanması, mövcud sənədlərin qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırılması;
Şirkətin fəaliyyətini tənzimləyən qərarların, əmrlərin, sərəncamların, həmçinin şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və ya onlara hüquqi rəy verilməsi;
Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması, dəyişikliklərin edilməsi və dövlət qeydiyyatının həyata keçirilməsi.
Tələblər
Ali hüquq təhsili;
Şirkətlərdə və ya tənzimləyici-nəzarət orqanlarında azı 3 il iş təcrübəsi;
Mülki hüquq, korporativ hüquq, inzibati, gömrük, vergi, əmək, antiinhisar, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericilik üzrə bilik və təcrübə;
İngilis, rus və ya türk dillərindən ən azı biri üzrə sənədlərlə işləmək təcrübəsi və bacarığı;
Məntiqi və hüquqi analiz qabiliyyəti;
Komandada işləmək bacarığı.
İş şərtləri
İş yeri: Azure Plaza;
Əmək haqqı: namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə;
İş rejimi: həftə içi 5 gün;
Nahar: təmin edilir;
Rəqabətli əmək haqqı və mükafat sistemi;
Peşəkar inkişaf imkanları və təlim proqramları;
Müasir iş mühiti və layihələrdə iştirak.
Müraciət qaydası
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı Hüquqşünas” yazmaqla CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
