Vakansiya haqqında
AutoCAD designer/draftsman təcrübəçi axtarılır və namizəd 2D texniki çertyojların hazırlanması, ölçü götürülməsi və istehsalat sənədləşməsində fəaliyyət göstərəcək.
Ümumi vəzifə öhdəlikləri
AutoCAD proqramında 2D texniki çertyojların hazırlanmasına dəstək vermək;
Mövcud detalların ölçülərini götürmək və çertyojda əks etdirmək;
Sadə 3D modellərin hazırlanmasına kömək etmək;
İstehsalat üçün texniki çertyoj və sənədlərin hazırlanmasında iştirak etmək;
Reverse Engineering layihələrində iştirak etmək;
Çertyojların ölçü, material və texniki tələblərə uyğun hazırlanmasına dəstək olmaq;
Çertyojların düzgün kodlaşdırılması və arxivləşdirilməsində iştirak etmək;
Production Engineer və istehsalat komandası ilə əlaqəli və koordinasiyalı işləmək.
Namizədə qarşı tələblər
Universiteti yeni bitirmiş və ya son kurs tələbəsi olmaq;
Mexanika, maşınqayırma, mühəndislik və ya əlaqəli ixtisas üzrə təhsil almaq;
AutoCAD proqramı üzrə baza biliklərinə sahib olmaq;
MS Office proqramlarından, xüsusilə Excel, Word və PowerPoint-dən istifadə edə bilmək;
Texniki çertyojları oxumaq və anlamaq bacarığı üstünlük sayılır;
SolidWorks, Inventor və ya digər CAD proqramları üzrə bilik üstünlükdür;
Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü olmaq;
Komanda ilə işləmək və əməkdaşlıq bacarığına malik olmaq;
Diqqətli olmaq və detallara önəm vermək.
Təklif edilən şərtlər
İş rejimi: 5 günlük;
İş vaxtı: 09:00 – 18:00;
Nahar vaxtı: 13:00 – 14:00;
İstirahət günləri: şənbə, bazar;
Əmək haqqı: 500 AZN;
Təcrübə müddəti: 3–6 ay, performansa əsasən dəyərləndirilir.
Əlavə faydalar
Rəsmi əmək müqaviləsi;
Peşəkar təlim və mentor dəstəyi;
Real istehsalat layihələrində iştirak imkanı;
Uğurlu performans əsasında daimi iş imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
