Vakansiya haqqında
Iceberg Trade MMC donmuş və soyudulmuş dəniz məhsulları üzrə satış nümayəndəsi axtarır.
Namizədə tələblər
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalıdır, supermarketlər üzrə təcrübə mütləqdir.
Rus dili biliyi üstünlük hesab olunur.
Şəxsi avtomobilin olması vacibdir.
Əmək şəraiti
5 günlük iş rejimi, iş saatları 08:00-17:00.
Faktiki iş ünvanı: Bakı şəhəri.
Əmək haqqı: fiks 1000 AZN net, satış həcmindən asılı olaraq bonus.
Aylıq yanacaq təminatı verilir.
Şəxsi keyfiyyətlər
Güclü ünsiyyət və təqdimat bacarığı, məsuliyyətlilik, müştəriyönümlülük və oxşar şəxsi keyfiyyətlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri
Şirkət məhsullarının satışını təşkil etmək və xidmətlərin göstərilməsini təmin etmək.
Yeni müştərilərin cəlb olunması üçün məhsul təqdimatları və kommersiya təklifləri hazırlamaq, müştəri ehtiyaclarını öyrənmək, məhsullar barədə dolğun və doğru məlumat vermək.
Mövcud müştəri bazası ilə mütəmadi işləmək, məhsullara dair təqdimatlar keçirmək, məhsul çeşidinin artırılması istiqamətində çalışmaq, ödənişlərin vaxtında tələb olunmasını təmin etmək, problemləri müəyyənləşdirmək və şirkət tərəfindən müştərilərdə quraşdırılmış avadanlıqlarda istifadə olunan məhsullara nəzarət etmək.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
