Vakansiya haqqında
HVAC, nasos və kanalizasiya sistemləri üzrə təcrübəli namizədlər axtarılır.
Vakansiya haqqında
Struktur: Texniki şöbə
İşəgötürən: “Azinko Development” MMC
Region: Bakı
Tələblər
Orta texniki və ya peşə təhsili (mexanika, istilik-soyutma, santexnika və ya əlaqəli sahələr üzrə).
Yaşayış və ya kommersiya obyektlərində mexaniki sistemlər üzrə minimum 2-3 il iş təcrübəsi.
HVAC, nasos, məişət suyu və kanalizasiya sistemləri barədə praktiki bilik və bacarıq.
Sadə texniki sənədləri və sxemləri oxumaq, anlamaq və tətbiq etmək bacarığı.
Praktiki təmir, diaqnostika və nasazlıqların aradan qaldırılması bacarığı.
Fəal, məsuliyyətli və komanda ilə işləmək qabiliyyəti.
Dəqiq və operativ işləmə bacarığı.
Vəzifə öhdəlikləri
Kompleksdə yerləşən isitmə-soyutma (HVAC), ventilyasiya, nasos, məişət suyu və kanalizasiya sistemlərinin gündəlik texniki xidməti və təmiri.
Qazanxana, soyuq hava generatorları (chillerlər), hava emal qurğuları (AHU) və digər mexaniki avadanlıqların müntəzəm baxışı və təmiri.
Otel, yaşayış və biznes sahələrində yaranan texniki nasazlıqların vaxtında aradan qaldırılması.
Sistemlərin işlək vəziyyətdə saxlanılması və planlı təmir işlərinin həyata keçirilməsi.
Sadə texniki sxemləri oxumaq və tətbiq etmək.
Mühəndis heyətinin göstərişlərinə uyğun işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Yarana biləcək hər hansı təhlükə barədə rəhbərliyə məlumat vermək.
Rəhbərlik tərəfindən verilən təlimatları vaxtında və tam şəkildə icra etmək.
Təminatlar
Şirkət tərəfindən qidalanma ilə təmin olunur.
Müraciət qaydası
Uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Usta-mexanik” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
