Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABV

Satış məsləhətçisi

BərdəMənbə: Vezife.az

Vakansiya haqqında

Bərdədə satış məsləhətçisi axtarılır. Vəzifə öhdəlikləri Mağazaya daxil olan müştəriləri səmimi şəkildə qarşılamaq; Notbuklar, smartfonlar, məişət texnikası və digər məhsullar barədə alıcılara ətraflı məlumat vermək; Müştərinin tələbinə uyğun məhsul seçimində düzgün yönləndirmə aparmaq; Satış planlarının və qoyulan hədəflərin icrasına dəstək göstərmək; Məhsulların rəflərdə səliqəli yerləşdirilməsinə və qiymət etiketlərinin düzgün olmasına nəzarət etmək; Şirkət portfelində olan yeni texnologiyalar və cihazları dərindən öyrənmək, texniki yenilikləri izləmək; Müştəri müraciətlərini, şikayət və təkliflərini dinləmək, onları vaxtında həll etmək və ya rəhbərliyə çatdırmaq; Görülən işlər və satış göstəriciləri üzrə gündəlik və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək. Namizədə dair tələblər Ali və ya orta-ixtisas təhsili; Satış sahəsində azı 1 il iş təcrübəsi (elektronika sahəsi üstünlükdür); Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dili biliyi üstünlük sayılır); Texnologiyaya maraq və öyrənməyə həvəs; Ünsiyyətcil, punktual və komanda ilə işləmə bacarığı. İş şəraiti Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Əmək haqqı: fix məvacib + satışdan bonuslar; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Müraciət qaydası CV-nizi mövzu hissəsində “Satış məsləhətçisi(Bərdə rayonu)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.