Vakansiya haqqında
Reklam agentliyində kopirayter vəzifəsi üzrə vakansiya elan olunur.
Tələblər
Reklam agentliyində kopirayter kimi azı 1 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
Kreativ yanaşma və ideya yaratmaq qabiliyyəti;
Komanda ilə səmərəli işləmək bacarığı;
Yeni trendləri və rəqiblərin fəaliyyətini izləyə bilmək;
Yüksək icraçılıq, məsuliyyət, düzgünlük, operativlik, punktuallıq və dəqiqlik kimi şəxsi keyfiyyətlər;
Deadline-larla işləmək bacarığı.
Vəzifə öhdəlikləri
Sosial media üçün kreativ post ideyaları təklif etmək, post mətnləri yazmaq və mövcud mətnləri redaktə etmək;
Sosial media üçün yaradıcı kampaniya təklifləri hazırlamaq;
Sosial media strategiyalarının hazırlanması, kontentin yaradılması (konsepsiya, mətn, brief) və idarə olunmasında iştirak etmək;
Azərbaycan və rus dillərində müxtəlif məzmunlu reklam materialları və digər reklam vasitələri üçün aydın, səlis və inandırıcı mətnlər yazmaq və redaktə etmək;
Kampaniyalar üçün sloqanlar və adlandırmalar düşünmək;
Müştərilərin diqqətini çəkəcək satışyönümlü mətnlər hazırlamaq;
Video icmallar və video izahlar üçün ssenarilər hazırlamaq;
Orfoqrafik və qrammatik səhvləri yoxlamaq.
İş şəraiti
5 günlük iş qrafiki;
İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24;
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlərdən xahiş olunur ki, CV və portfoliolarını mövzu hissəsində "Kopirayter" qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
