Vakansiya haqqında
Bakıda SMM manager vakansiyası üzrə sosial media hesablarının idarə olunması, kontent planlaması və reklam kampaniyaları üçün namizəd axtarılır.
Əsas vəzifələr
Instagram, TikTok, Facebook və digər sosial media kanallarının idarə edilməsi;
Aylıq və həftəlik kontent strategiyasının, eləcə də kontent planının hazırlanması;
Post, Reels, Stories və digər formatlar üçün kreativ ideyaların formalaşdırılması;
Kontentin mətn, vizual və kommunikasiya baxımından brend üslubuna uyğunlaşdırılması;
Sosial media trendlərinin və rəqəmsal yeniliklərin davamlı izlənilməsi;
Aktual mövzuların brendə uyğun yaradıcı kontentə çevrilməsi;
Foto və video çəkilişləri üçün kreativ konseptlərin hazırlanması və prosesin koordinasiyası;
Meta Ads və Target reklam kampaniyalarının qurulması, idarə olunması və optimallaşdırılması;
Reklam büdcəsinin səmərəli şəkildə idarə edilməsi;
Reklam nəticələrinin təhlili və performans göstəricilərinin yüksəldilməsi;
A/B testlərin aparılması və nəticələr əsasında strategiyanın təkmilləşdirilməsi;
Auditoriyanın davranışları, maraqları və rəqiblərin analiz edilməsi;
Aylıq sosial media və reklam nəticələri üzrə hesabatların hazırlanması;
Brendin sosial mediada tanınmasının və engagement göstəricilərinin artırılması.
Namizədə tələblər
SMM sahəsində minimum 3 il iş təcrübəsi;
Instagram, TikTok və Facebook platformalarında peşəkar iş təcrübəsi;
Meta Ads Manager ilə praktiki işləmə bacarığı;
Target reklamların qurulması və optimallaşdırılması üzrə təcrübə;
Güclü kreativ düşüncə və ideya yaratmaq bacarığı;
Kontent strategiyası və kontent planlaması üzrə bilik;
Güclü copywriting və kommunikasiya bacarığı;
Sosial media trendləri və auditoriya davranışları barədə yaxşı anlayış;
Analitik düşüncə və reklam nəticələrini təhlil etmək bacarığı;
KPI-larla işləmək və nəticəyönümlü yanaşma;
Güclü vizual zövq və brend estetikasını qoruma bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və operativlik;
Komandada işləmək və kreativ ideyaları effektiv təqdim etmək bacarığı;
Azərbaycan dilini səlis bilmək; rus və/və ya ingilis dili biliyi əlavə üstünlükdür;
Portfolio təqdim etmək.
İş şərtləri
İş formatı: Ofisdən
İş rejimi: Full-time
Maraqlı və dinamik layihələr üzərində işləmək, kreativ ideyalarını reallaşdırmaq və peşəkar inkişaf etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Müraciət üçün CV və portfolio-nu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
