Vakansiya haqqında
Daşkəsəndə Baş elektrik vakansiyası üzrə elektrik avadanlıqlarının istismarı, nəzarəti və təmiri sahəsində təcrübəli namizədlər axtarılır.
Vəzifə öhdəlikləri
DDF MMC-yə məxsus elektrik avadanlıqlarının təhlükəsiz və dayanıqlı istismarını təmin etmək.
Yarımstansiyalar, transformatorlar, paylayıcı qurğular, kabel və hava xətləri, elektrik mühərrikləri və digər elektrik avadanlıqlarının gündəlik texniki vəziyyətini yoxlamaq.
Elektrik avadanlıqlarında cari və planlı texniki xidmət, eləcə də təmir işlərini icra etmək.
Elektrik qurğularında operativ açma və söndürmə əməliyyatlarının təsdiq edilmiş sxemlərə və təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.
Təmir və digər işlər zamanı iş yerinin təhlükəsiz şəkildə hazırlanmasını və işçilərin mühafizəsini təmin etmək.
Qəza-bərpa işləri zamanı elektrik işçilərinin sahədə fəaliyyətini koordinasiya etmək.
Elektrik avadanlıqlarının yüklənməsinə, temperaturuna, gərginliyinə, cərəyanına və digər iş parametrlərinə nəzarət etmək.
Planlı baxışların, ölçmələrin və sınaqların vaxtında yerinə yetirilməsini təmin etmək.
Rele mühafizəsi, avtomatika, ölçü cihazları və digər mühafizə vasitələrinin işlək vəziyyətinə nəzarət etmək.
Elektrik avadanlıqlarının istismar jurnallarının və növbə üzrə texniki qeydlərin düzgün aparılmasına nəzarət etmək.
Elektrik təsərrüfatında istifadə olunan alətlərin, cihazların, fərdi mühafizə vasitələrinin və digər texniki avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Elektrik işçilərinin elektrik təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət etmək.
İstismar zamanı yaranan texniki problemlər barədə Baş energetiki vaxtında məlumatlandırmaq.
Qəza və nasazlıqların qarşısının alınması üçün sahədə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək.
Elektrik təsərrüfatına aid texniki sənədlərin, sxemlərin, avadanlıq pasportlarının və istismar sənədlərinin sahədə düzgün saxlanılmasını təmin etmək.
Elektrik avadanlıqlarında iş görülərkən tələb olunan təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarət etmək.
Elektrik təsərrüfatında baş vermiş qəza, nasazlıq və avadanlıq sıradan çıxmaları üzrə ilkin məlumat və hesabat hazırlamaq.
Baş energetik tərəfindən verilən elektrik təsərrüfatı ilə bağlı tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr
Ali təhsil: Elektrik mühəndisliyi, Energetika və ya Avtomatlaşdırma sahəsi.
Minimum 3 il iş təcrübəsi, xüsusilə Energetika və ya Ağır Sənaye sahəsində təcrübə.
Elektrik avadanlıqlarının istismarı və təmiri üzrə biliklər: transformatorlar, yüksək/alçaq gərginlik xətləri.
Müvafiq qanunvericilik aktları və normalarını bilmək.
Azərbaycan dili üzrə əla səviyyədə bilik.
Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı.
Digər məlumatlar
İş yeri: Daşkəsən rayonu
5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: 08:00 – 17:00
Servislə təmin olunma
Nahar yeməyi ilə təmin olunma
Müraciət qaydası
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
