Vakansiya haqqında
Bakı üzrə SMM vakansiyası üçün kontent idarəetməsi, sosial media reklamları və kommunikasiya bacarığı olan namizəd axtarılır.
İş qrafiki
Həftənin 6 günü, bazar istirahət günü olmaqla, saat 10:00-19:00.
Vəzifə öhdəlikləri
Sosial media hesabları üçün kontent planının hazırlanması və idarə olunması.
Instagram, Facebook, TikTok, LinkedIn və digər platformalar üçün brend kimliyinə uyğun vizual və mətn kontentlərinin, o cümlədən post, reel və story konseptlərinin qurulması.
Hədəf auditoriyaya uyğun reklam kampaniyalarının Meta Ads Manager vasitəsilə hazırlanması, izlənməsi və optimallaşdırılması.
Şərh və mesajlara vaxtında və nəzakətli cavab verilməsi, kommunikasiya prosesinin idarə olunması.
Aylıq hesabatların hazırlanması, səhifə dinamikanın və rəqiblərin təhlil edilməsi.
Tələblər
SMM sahəsində minimum 1-2 il iş təcrübəsi.
Meta Ads Manager və reklam mexanizmləri ilə işləmə bacarığı.
Azərbaycan dilində səlis və qrammatik düzgün yazı qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
Vizual zövq, trendləri izləmək və kreativ yanaşma qabiliyyəti.
Canva, CapCut, Photoshop və digər əsas dizayn və video redaktə alətlərindən istifadə bacarığı.
Təkliflərimiz
Rəqabətqabiliyyətli əməkhaqqı.
Peşəkar komandada təcrübə toplamaq və inkişaf etmək imkanı.
Müraciət qaydası
Tələblərə cavab verən namizədlər CV və portfoliolarını Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı mövzu hissəsində SMM Menecer qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
