Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Lexeo Academy

Çin dili müəllimi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Lexeo Academy komandası Çin dili üzrə peşəkar, məsuliyyətli və inkişaf yönümlü müəllim axtarır. Vəzifə öhdəlikləri Çin dili üzrə fərdi və qrup dərslərinin aparılması; HSK proqramı üzrə tələbələrin hazırlığı; Business Chinese dərslərinin tədrisi; Uşaqlar, yeniyetmələr və böyüklər daxil olmaqla müxtəlif yaş qrupları ilə işləmək; Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi; Dərslərin tələbənin səviyyəsinə və məqsədlərinə uyğun şəkildə təşkili; Tələbələrin akademik irəliləyişinin izlənməsi və nəticələrin dəyərləndirilməsi. Namizədə tələblər Çin dili üzrə minimum HSK 3 səviyyəsini tamamlamış olmaq; HSK 4 və HSK 5 səviyyəsinə sahib olmaq üstünlük sayılır; Çin dilində yaxşı danışıq və ünsiyyət bacarığı; Business Chinese tədris edə bilmək; Müxtəlif yaş qrupları ilə işləmək bacarığı; Məsuliyyətli, punktual və öyrənməyə açıq olmaq; Müəllimlik və ya Çin dili tədrisi sahəsində təcrübə üstünlükdür; İngilis və/və ya rus dili biliyi üstünlükdür. Biz sizə nə təklif edirik? Çinli müəllim tərəfindən mentor dəstəyi; Hazır tədris metodikası və dərs materialları ilə təmin olunma; Peşəkar inkişaf və metodiki dəstək; Müxtəlif yaş və səviyyələrdə tələbələrlə işləmək imkanı; Peşəkar və inkişaf yönümlü komanda; Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı; Müasir və rahat iş mühiti. İş şərtləri İş yeri: Bakı, AF Mall İş qrafiki: Razılaşdırılır İş formatı: Part-time / Full-time Əmək haqqı: Namizədin bilik, təcrübə və dərs yükünə əsasən müsahibə zamanı müəyyən edilir. Bakı üzrə Çin dili müəllimi vakansiyası ilə maraqlanan namizədlər CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində “Çin Dili Müəllimi” qeyd olunması xahiş edilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.