Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Veysəloğlu Yaycılı Qardaşlar

Çilingər-mexanik

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Çilingər-mexanik vakansiyası üzrə istehsalat avadanlıqlarının texniki baxışı, təmiri və sazlanması üçün əməkdaş axtarılır. Ümumi məlumat Çilingər-mexanik istehsalat avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir, onların təmir və sazlanmasını həyata keçirir, təhlükəsiz və fasiləsiz işləməsini təmin edir. İş qrafiki 08:00-16:00 08:00-16:00 08:00-16:00 08:00-16:00 08:00-16:00 08:00-13:00 1 gün istirahət günü Vəzifə funksiyaları Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizmlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yenidən yığmaq Sadə mexanikləşdirmənin köməyi ilə hissə və birləşmələrin yerinin dəyişdirilməsi, sökülməsi və yığılması zamanı takelaj işlərini yerinə yetirmək Yükqaldıran mexanizmlər və ləvazimatlar vasitəsilə hissə və birləşmələrin şaquli və üfüqi səth üzrə yerinin dəyişdirilməsində takelaj işlərini icra etmək Takelaj avadanlıqları və ləvazimatlarını sınaqdan keçirmək Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılmasını və istismara verilməsini təşkil etmək Avadanlıqların təmir olunmuş qovşaqlarını və mexanizmlərini sınağa hazırlamaq, təzyiq altında yoxlamaq və yük altında istismara buraxılmadan əvvəl sazlama üçün yoxlamaq Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq Qol boru və keçidləri yerində hazırlamaq Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək Avadanlıqların sökülməsi, təmiri və quraşdırılmasında istifadə edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli istifadə etmək Əsas iş münasibətləri Qrupa daxil olan bütün şirkətlər və struktur bölmələri. Vəzifə tələbləri Tələb olunan sahədə minimum 1 il təcrübə Daxili nizam-intizam qaydalarına əməl etmək Fiziki cəhətdən sağlam olmaq Əmək haqqı və təminatlar Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur Nəqliyyat xidməti Nahar ödənişi Müraciət qaydası Müraciət etmək istəyən namizədlər CV-lərində mövzu hissəsində “Çilingər-Mexanik” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və ya Veysəloğlu Karyera portalı vasitəsilə müraciət edə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.