Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SAMT

Mechanical engineer

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıt və Xızıda Mechanical Engineer vakansiyası üzrə komandamıza qoşulmaq üçün müraciətlər qəbul olunur. Əsas vəzifələr Yeni quraşdırılmış avadanlıq və maşınların montajını və işə salınmasını həyata keçirmək. Yeni avadanlıqlar üçün profilaktik texniki xidmət planlarını hazırlamaq və tətbiq etmək. İstehsalat və yardımçı avadanlıqların mexaniki hissələrinə texniki xidmət göstərmək. Planlı yoxlamaları və təmir işlərini nəzarətdə saxlamaq. Bütün mexaniki işlərin müvafiq təlimatlar, prosedurlar və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək. Gündəlik baxışlar zamanı yarana biləcək riskləri müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək. Zədələnmiş hissələrin vaxtında dəyişdirilməsini və avadanlıq nasazlıqlarının aradan qaldırılmasını təşkil etmək. Lazım olan ehtiyat hissələrini müəyyənləşdirmək, satınalma sorğularını başlatmaq və onların mövcudluğunu təmin etmək. Mexaniki quraşdırma və texniki xidmət komandalarının gördüyü işin keyfiyyətini izləmək. Texniki xidmət fəaliyyətlərini növbə nəzarətçiləri, mexanik texniklər və ustalar ilə koordinasiya etmək. İstehsal xəttində yaranan nasazlıqların həllində mexanik texniklərə və ustalara texniki dəstək vermək. Mexaniki və qaldırıcı avadanlıqların planlı sınaqlarını və yoxlamalarını təşkil etmək. Ehtiyat hissələrinin mövcudluğunu izləmək və kritik tələbləri Area Manager-ə bildirmək. Proseslərin optimallaşdırılması, enerji səmərəliliyi və müasir texnologiyaların tətbiqi imkanlarını araşdırmaq və təkmilləşdirmə təklifləri hazırlamaq. Tələblər Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. İstehsalat və ya production mühitində Mechanical Engineer kimi minimum 3 il iş təcrübəsi. Keyfiyyət İdarəetmə Sistemləri üzrə bilik. Yazılı və şifahi ingilis dili biliyi yaxşı səviyyədə olmalıdır. Güclü problem həll etmə, nasazlıq aradan qaldırma və koordinasiya bacarıqları. Biz təklif edirik Şirkət tərəfindən nahar. Sığorta təminatı. Şirkət nəqliyyatı / shuttle xidməti. Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Peşəkar və dəstəkləyici iş mühiti. Maraqlanan namizədlər CV-lərini və əlaqə məlumatlarını “Apply for job” düyməsində göstərilən e-mail ünvanına göndərməyə dəvət olunurlar. Mövzu: Mechanical Engineer

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.