Vakansiya haqqında
Qarabağda topoqraf vakansiyası üçün tikinti layihələrində topoqrafik ölçmələr aparacaq, məlumatları emal edəcək və hesabatlar hazırlayacaq mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri
Tikinti layihələri üzrə topoqrafik ölçmələrin aparılması və dəqiq koordinatların hazırlanması;
İnşaat sahəsində topoqrafik və geodeziya ölçmə cihazlarından düzgün və səmərəli istifadə edilməsi;
Müxtəlif miqyaslı xəritə, topoqrafik plan və xüsusi planların hazırlanması;
Topoqrafik məlumatların müvafiq proqram təminatlarına köçürülməsi, emalı və hesabatların hazırlanması;
Tikinti sahəsində dəyişikliklərin və işlərin gedişatının mütəmadi izlənilməsi və layihə rəhbərliyinə təqdim edilməsi;
Yerüstü geofiziki işlər üzrə hesabatların hazırlanması üçün məlumat bazasının formalaşdırılması və sistemləşdirilməsi;
Təlimat, texniki norma və standartlara uyğun topoqrafik işlərin icrası;
Əldə edilmiş ölçmə məlumatlarının işlənilməsi, təhlili və sənədləşdirilməsi.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (arzuolunandır);
Topoqrafiya/geodeziya sahəsində müvafiq iş təcrübəsi;
MS Office proqramlarında işləmək bacarığı;
İngilis dili biliyi (arzuolunandı);
Topoqrafik və geodeziya cihaz və avadanlıqları ilə işləmək bacarığı;
Texniki sənədlərlə işləmə bacarığı;
Komandada işləmək və dinamik iş mühitinə uyğunlaşmaq bacarığı;
Məsuliyyətli, diqqətli və analitik düşüncə tərzinə malik olmaq.
Müraciət qaydası
Müraciət etmək üçün cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına mövzu hissəsində “Topoqraf (Qarabağ)” qeyd etməklə CV-nizi göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
