Vakansiya haqqında
Sumqayıt və Xızı üçün məsuliyyətli və təcrübəli avtobus sürücüsü axtarılır.
Əsas vəzifələr
Avtobusun texniki cəhətdən saz olmasını və reysə hazır vəziyyətdə olmasını təmin etmək;
Sərnişinlərin təhlükəsiz daşınmasına nəzarət etmək;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
Avtobusu düzgün və qəzasız şəkildə idarə etmək;
Yol vərəqələri, yanacaq kartları və digər sənədlərlə işləmək;
Texniki nasazlıq yarandıqda bu barədə vaxtında məlumat vermək və aradan qaldırılmasına nəzarət etmək.
Tələblər
D kateqoriyalı sürücülük vəsiqəsi;
Avtobus idarəçiliyi üzrə 2-3 il iş təcrübəsi;
Məsuliyyətli və intizamlı olmaq;
Yol hərəkəti qaydalarını yaxşı bilmək.
Şirkət tərəfindən təklif olunur
Nahar təminatı;
Sığorta təminatı;
Servis/daşınma xidməti.
Maraqlanan namizədlər CV-lərini “Avtobus sürücüsü” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
