Vakansiya haqqında
Business Insight şirkətinin Müştəri Loyallığı Departamentində Çağrı Mərkəzinin Meneceri vəzifəsi üzrə vakansiya mövcuddur.
Namizədə dair tələblər
Yaş həddi: 28-35;
Yalnız xanım namizədlər;
Ali təhsil;
Menecer vəzifəsində minimum 2 il iş təcrübəsi;
Microsoft Office və Google Sheet bilikləri;
Yaxşı səviyyədə kompüter bacarıqları;
Yüksək səviyyədə ünsiyyət və danışıq qabiliyyəti;
Planlama, liderlik və idarəetmə bacarığının yüksək olması;
Analitik düşüncə və təşəbbüskarlıq;
Problemləri həll etmək qabiliyyətinin yüksək olması.
Vəzifə öhdəlikləri
Çağrı mərkəzinin gündəlik işinə nəzarət etmək və komandaya rəhbərlik etmək;
Operatorların iş qrafikini, iş yükünü və performansını planlaşdırmaq və optimallaşdırmaq;
Loyallıq proqramı üzvləri ilə məlumat mübadiləsini düzgün şəkildə təşkil etmək və işin layihə planına uyğun aparılmasını təmin etmək;
Çağrıların idarə edilməsi, iş axını və resursların bölüşdürülməsi üzrə planlar hazırlamaq və tətbiq etmək;
Müştəri sorğularına, şikayətlərinə və təkliflərinə vaxtında və keyfiyyətlə cavab verilməsini təmin etmək;
SOP-ların (Standard Operating Procedures) icrasına nəzarət etmək və onların təkmilləşdirilməsinə töhfə vermək;
Geri zənglərin, SMS-lərin və digər effektiv kommunikasiya proseslərinin təşkili və icrasına nəzarət etmək;
KSM layihələri və marketinq kampaniyaları zamanı məlumat mübadiləsinin planlaşdırılmasını və təşkilini həyata keçirmək;
Loyallıq proqramı üzvlərindən daxil olan şikayət və iradların həllinə diqqət yetirmək;
Komanda ilə səmərəli işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq;
Dinamik və sürətli iş mühitində fəaliyyət göstərmək;
Çağrı mərkəzi məlumatlarını izləmək və təhlil etməklə təkmilləşmə imkanlarını və diqqət tələb edən sahələri müəyyən etmək;
Rəhbərliyə gündəlik və həftəlik hesabatları təqdim etmək.
İş şəraiti
Öyrədici və inkişaf yönümlü iş mühiti;
Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
İş qrafiki: həftədə 6 gün;
Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsi, bilik və bacarıqları əsasında müəyyən olunur.
Müraciət qaydası
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Çağrı Mərkəzinin Meneceri” yazmalıdırlar.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərin CV-lərinə baxılacaq. Tələblərə uyğun olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
