Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ATEF Şirkətlər Qrupu

Hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Hüquqşünas vakansiyası üzrə korporativ və məhkəmə-hüquq işləri ilə bağlı müraciətlər qəbul olunur. İş barədə məlumat “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC Hüquqşünas vəzifəsi üçün yeni əməkdaş axtarır. İş yeri Bakı şəhəridir. Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. İş şəraiti Tam sosial təminat (məzuniyyət və s.) 5 günlük iş həftəsi Nahar fasiləsi: 12:00-13:00 Nahar müəssisə tərəfindən təmin olunur Əsas vəzifələr Müəssisənin müxtəlif işlər üzrə Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə iddiaçı və ya cavabdeh kimi təmsil olunmasını təmin etmək; Dövlət orqanları və qeyri-hökumət təşkilatları qarşısında müəssisənin qanuni mənafelərini müdafiə etmək; Səlahiyyətə aid məsələlər üzrə müqavilə layihələri hazırlamaq, razılaşdırmaq, rəy vermək, ekspertiza aparmaq və müqavilələrin bağlanması ilə bağlı zəruri tədbirləri həyata keçirmək, həmçinin mövcud müqavilələrə əlavə və dəyişikliklərlə bağlı təkliflər vermək; AR mülki, mülki-prosessual, kommersiya, miqrasiya, əmək, inzibati, vergi və mülki-hüquqi əqdlərin tərtibi, bağlanması və rəsmiləşdirilməsini həyata keçirmək; Qanunvericiliyi mütəmadi izləmək və müəssisəyə təsir edən məsələlər üzrə daxili kommunikasiyaya dəstək göstərmək; Əcnəbi işçilər üçün iş icazələrinin və qeydiyyat sənədlərinin alınması, eləcə də ailə üzvləri üçün yaşayış icazəsi sənədlərinin toplanması prosesini Dövlət Miqrasiya Xidməti ilə əlaqələndirmək; Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətləri, o cümlədən ərizə, sorğu və şikayətləri aidiyyəti üzrə araşdırmaq və cavablandırılmasına dair məktub layihələrinin hazırlanmasında iştirak etmək; Zərurət yarandıqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, həmçinin digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək; Müəssisə daxilində tələb olunan hüquqi rəylərin hazırlanmasını təmin etmək; Struktur bölmələrə hüquqi dəstək göstərmək; Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq digər aidiyyəti işləri yerinə yetirmək. Tələblər Ali təhsil; Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi; AR Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələri, eləcə də əmək, mülki-prosessual, kommersiya, miqrasiya, inzibati, vergi və mülki-hüquqi qanunvericilik üzrə biliklər; Sahəyə aid hüquqi sənədləri tərtib etmək bacarığı; Azərbaycan dilini əla səviyyədə bilmək, rus və ingilis dili arzuolunandır; MS Office proqramlarında yüksək işləmə bacarığı. Qeyd Vergi və gömrük orqanlarında hüquq sahəsi üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Namizədin şəxsi keyfiyyətləri Ciddi iş prinsipi və hesabatlılıq; İşi planlaşdırma bacarığı; İşgüzar və hüquqi yazışma bacarığı; Ezamiyyə imkanları; Aktivlik və komandada işləmək bacarığı. Müraciət qaydası CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Müraciət zamanı mövzu hissəsində “Hüquqşünas” yazın.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.