Vakansiya haqqında
Sumqayıt və Xızı üzrə köməkçi qurğular texniki vakansiyası üçün növbəli iş qrafiki ilə çalışacaq təcrübəli namizədlər axtarılır.
İş yeri
Sumqayıt, Xızı
İş qrafiki
Növbəli iş qrafiki
Vəzifə öhdəlikləri
Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işləməsinə nəzarət etmək, gündəlik baxışlar aparmaq;
Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək;
Avadanlıqlarda yaranan nasazlıqları, sızma, vibrasiya və digər problemləri vaxtında aşkarlayıb aradan qaldırmaq;
Filtr, klapan, podşipnik, mufta, kəmər və digər mexaniki hissələrin texniki xidmətini və dəyişdirilməsini icra etmək;
Su hazırlama, kondensat və soyudulmuş su sistemlərinin texniki vəziyyətini nəzarətdə saxlamaq;
Planlı-preventiv texniki xidmət və təmir işlərini müəyyən olunmuş qrafikə uyğun yerinə yetirmək;
Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yenidən yığılmasını həyata keçirmək;
Vibrasiya, temperatur, ultrasəs və digər texniki ölçmələrdə iştirak etmək;
Görülən texniki xidmət və təmir işlərini aidiyyəti jurnallarda qeyd etmək;
Kinematik, pnevmatik və hidravlik sistemlərdə yaranan nasazlıqları aradan qaldırmaq;
Təkrarlanan nasazlıqların səbəblərini müəyyənləşdirmək və onların qarşısının alınması üçün təkliflər vermək;
Əməyin mühafizəsi, LOTO və müəssisədaxili təhlükəsizlik qaydalarına riayət etmək.
Vəzifəyə dair tələb olunan bacarıqlar və təcrübə
Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işinə nəzarət etmək bacarığı;
İstehsalat mexanika texniki kimi minimum 3 il təcrübə;
Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək;
Avadanlıqlarda nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
Planlı-preventiv texniki xidmət və təmir işlərini həyata keçirmək;
Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yığılmasını yerinə yetirmək;
Vibrasiya, temperatur, sızma və digər texniki göstəricilərə nəzarət etmək;
Pnevmatik və hidravlik sistemlərdə yaranan nasazlıqları aradan qaldırmaq;
Görülmüş işləri texniki xidmət jurnallarında qeyd etmək;
Əməyin mühafizəsi, LOTO və təhlükəsizlik qaydalarına riayət etmək.
Təklif edirik
Nahar təminatı
Sığorta təminatı
Servis/daşınma xidməti
Maraqlanan namizədlər CV-lərini “Köməkçi qurğular üzrə texnik” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
