Vakansiya haqqında
Bakıda interyer memarı vəzifəsi üzrə layihələrin hazırlanması və icrasında iştirak edəcək təcrübəli mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri
Müştəri tələblərinə uyğun interyer dizayn konsepsiyalarının işlənib hazırlanması;
Layihə planlarının, işçi çertyojların və 3D vizuallaşdırmaların hazırlanması;
Layihələrin texniki və estetik tələblərə uyğun icrasına dəstək verilməsi;
Memarlar, mühəndislər, podratçılar və təchizatçılarla koordinasiyalı əməkdaşlığın təşkili;
Material, mebel və avadanlıq seçimində iştirak edilməsi;
Layihə sənədlərinin hazırlanması və idarə olunması;
Tikinti və quraşdırma işlərinin layihəyə uyğunluğuna nəzarət edilməsi;
Layihələr üzrə hesabatlılığın və sənədləşmənin təmin olunması.
Tələblər
Memarlıq, İnteryer Dizaynı və ya əlaqəli sahə üzrə ali təhsil;
İnteryer dizaynı və ya memarlıq sahəsində minimum 2 il iş təcrübəsi;
AutoCAD, 3Ds Max (Corona), SketchUp, Revit və Adobe Photoshop proqramlarında işləmək bacarığı;
İnteryer dizayn layihələrinin hazırlanması və vizuallaşdırılması üzrə təcrübə;
Tikinti materialları və interyer həlləri barədə əsas biliklər;
Yaradıcılıq, detallara diqqət və estetik yanaşma;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Eyni zamanda bir neçə tapşırıq və layihə üzərində işləmək bacarığı;
Güclü portfolio təqdim edə bilmə bacarığı.
Qeyd
Bu vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulmuşdur.
Vakansiya növü: Müvəqqəti
İmtiyazlar
Könüllü tibbi sığorta;
İşçinin inkişafı üçün təlim və tədris proqramları;
Rəqabətli əmək haqqı və bonus sistemi;
Şəhər mərkəzində ofis;
Korporativ tədbirlər;
Korporativ loyallıq proqramına üzvlük.
Müraciət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
