Vakansiya haqqında
Şamaxıda aparıcı elektrik vakansiyası üzrə peşəkar və təcrübəli namizəd axtarılır.
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək imkanı;
İşçinin inkişafı üçün təlim və tədris proqramları.
Vəzifə öhdəlikləri
Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm yoxlanılması, profilaktik baxımının aparılması və təmiri;
Elektrik təhlükələrinin və kənarlaşma hallarının müəyyən edilməsi;
Elektrik sistemlərdə yaranan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
Müvafiq elektrik cizgilərinin oxunması və cizgilərə uyğun olaraq avadanlıqların, xətlərin müəyyən edilməsi;
Elektrik sistemlərin və avadanlıqların uyğun ölçmə və sınaq alətləri ilə test edilməsi;
Aşınmış avadanlıqların təmiri və bərpa olunması;
Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Elektrik işləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
Əmək təhlükəsizliyi qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Namizədə aid tələblər
Elektrik sahəsi üzrə peşə və ya ali təhsil;
Elektrik ixtisas sertifikatı;
Müvafiq sahə üzrə, yəni elektrik istiqamətində minimum 5 il təsdiqli iş təcrübəsi;
Yaşayış və istismar sahələrinə dair elektrik standartları və tələbləri üzrə əsaslı biliklər.
İş şəraiti
İş rejimi: 5 günlük;
İş yeri: Şamaxı rayonu;
İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
Müraciət qaydası
Hörmətli namizəd, CV formanızı mövzu hissəsində “Aparıcı elektrik” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
