Vakansiya haqqında
Baku Holiday Travel komandası Bakı üçün SEO üzrə mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri
Şirkətin SEO strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş planın icrasını təmin etmək
Vebsayt və landing page-lərin SEO auditini aparmaq, təkmilləşdirmə və optimizasiya imkanlarını müəyyənləşdirmək
On-page, off-page və technical SEO işlərini həyata keçirmək, saytın axtarış sistemlərinə uyğunlaşdırılmasını təmin etmək
Açar söz araşdırması aparmaq, semantik təhlillər etmək və nəticələri kontent strategiyasına inteqrasiya etmək
Meta məlumatların, URL strukturunun, daxili linkləmənin və digər SEO elementlərinin optimallaşdırılmasını təmin etmək
Backlink strategiyasını formalaşdırmaq, link profilini mütəmadi təhlil etmək və inkişaf etdirmək
Saytın indekslənməsinə, performansına, istifadəçi təcrübəsinə və yüklənmə sürətinə təsir edən texniki problemləri müəyyən etmək və həll prosesini koordinasiya etmək
SEO tələblərinin tətbiqi üçün developer, dizayn və kontent komandaları ilə sıx əməkdaşlıq etmək
Rəqib analizləri aparmaq, bazardakı SEO imkanlarını müəyyənləşdirmək və rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyinin artmasına dəstək vermək
Google Analytics, Google Search Console, Semrush və digər analitik alətlərlə SEO göstəricilərini izləmək, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq
SEO sahəsində yenilikləri, alqoritm dəyişikliklərini və bazar trendlərini izləyərək iş prosesini müasir tələblərə uyğunlaşdırmaq
Namizədə tələblər
SEO, veb sayt idarəetməsi və ya rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi
On-Page, Off-Page və Technical SEO üzrə bilik və praktiki təcrübə
Google Search Console, GA4, Google Tag Manager və digər SEO alətləri ilə işləmə bacarığı
Ahrefs, Semrush və ya oxşar platformalarla işləmə təcrübəsi
Açar söz araşdırması, SEO strategiyasının hazırlanması və icrası üzrə təcrübə
Veb saytın texniki auditini aparmaq, indekslənmə və performans problemlərini həll etmək bacarığı
Core Web Vitals, Page Speed və mobil optimizasiya prinsipləri üzrə biliklər
Kontent optimizasiyası, daxili linkləmə və backlink strategiyaları üzrə təcrübə
WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı
Analitik düşüncə, hesabatvermə bacarığı və nəticəyönümlü yanaşma
Turizm və ya e-commerce sahəsində iş təcrübəsi üstünlükdür
Multilingual / International SEO təcrübəsi üstünlükdür
HTML, CSS və JavaScript üzrə baza biliklər üstünlükdür
İş şəraiti
İş qrafiki: tam iş günü
Rəqabətli əmək haqqı
Peşəkar və dinamik komanda mühiti
Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
