Vakansiya haqqında
Qusar rayonunda mühasib vakansiyası üzrə müəssisənin mühasibat uçotu və hesabatlılıq işlərini icra edəcək namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Müəssisənin mühasibat uçotunu qanunvericiliyin tələblərinə uyğun aparmaq;
Daxil olan pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlər üzrə əməliyyatları vaxtında mühasibat uçotunda əks etdirmək;
Debitor və kreditorlarla hesablaşmaların düzgün və vaxtında aparılmasına nəzarət etmək;
Mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq və müvafiq proqrama daxil etmək;
Bank və kassa əməliyyatlarına nəzarət etmək;
Debitor və kreditor borclarını izləmək;
1C proqramında mühasibat əməliyyatlarını aparmaq və məlumatları işləmək;
Mühasibat sənədlərini düzgün rəsmiləşdirmək və arxivləşdirmək;
Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər mühasibat sənədlərini hazırlamaq;
Vəzifə ilə bağlı məsələlər üzrə işçilərin sorğularını cavablandırmaq;
İş prosesində məlumatların məxfiliyini qorumaq;
Öhdəsinə düşən digər əmək funksiyalarını yerinə yetirmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları düzgün və vaxtında icra etmək.
Tələblər
Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Excel bilikləri;
1C 8.3 proqramı üzrə biliklər;
İstehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti
İş yeri: Qusar rayonu;
6 günlük iş qrafiki;
Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək;
Vakansiya növü: Tam ştat.
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
