Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ADIS Azerbaijan

Anbardar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

ADIS Azerbaijan şirkətinin istehsalat bölməsi üçün anbar işlərinin təşkili və materialların uçotu üzrə təcrübəli anbardar axtarılır. Vəzifə öhdəlikləri Anbara daxil olan xammal, material və hazır məhsulları sənədlər əsasında qəbul etmək, onların miqdarını və vəziyyətini yoxlamaq; Məhsul və materialların düzgün yerləşdirilməsini və təhlükəsiz şəkildə saxlanılmasını təmin etmək; İstehsalata təhvil verilən materialların və istehsalatdan qəbul olunan hazır məhsulların uçotunu aparmaq; Anbar üzrə giriş və çıxış əməliyyatlarını vaxtında qeydiyyata almaq, müvafiq sənədləri rəsmiləşdirmək; Sifarişlər üzrə məhsulların hazırlanmasını və təhvil verilməsini təşkil etmək, yükləmə-boşaltma prosesinə nəzarət etmək; Anbar qalıqlarını izləmək və material çatışmazlığı barədə vaxtında məlumat vermək; İnventarizasiya prosesində iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə tutuşdurmaq; Zədələnmiş və uyğunsuz materialların ayrıca saxlanılmasını təmin etmək, aşkar edilən fərqlər barədə rəhbərliyə məlumat vermək; Anbarda səliqə-sahmana və təhlükəsizlik qaydalarına riayət etmək. Namizədə tələblər Anbardar və ya oxşar vəzifədə iş təcrübəsi; İstehsalat müəssisəsində anbar işi üzrə təcrübə üstünlük sayılır; Malların qəbulu, saxlanılması, buraxılışı və inventarizasiyası üzrə praktiki biliklər; Anbar sənədləri və mal-material uçotu ilə işləmək bacarığı; Kompüter və Excel bilikləri; 1C və ya digər anbar uçotu proqramında iş təcrübəsi üstünlükdür; Sayım və hesablamalarda dəqiqlik, təşkilatçılıq və komandada işləmək bacarığı; Məsuliyyətlilik, dürüstlük və maddi dəyərlilərin qorunmasına diqqətli yanaşma. İş şəraiti Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.