Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Green Cleaning MMC

Baş anbardar (təmizlik şirkəti)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda təmizlik şirkəti üçün baş anbardar vakansiyası üzrə anbar uçotu, 1C 8.3 və inventarizasiya bacarığı olan namizədlər axtarılır. Vəzifə öhdəlikləri Anbarda təmizlik materiallarının, avadanlıqların və digər ehtiyatların səliqəli və düzgün saxlanmasına nəzarət etmək; Malların uyğun kateqoriyalar üzrə bölünməsini və saxlanma qaydalarına əsasən yerləşdirilməsini təmin etmək; Mal-material və avadanlıqların qəbulunu aparmaq, yoxlamaq və 1C (8.3) proqramında qeydiyyata almaq; Qəbul edilən malların keyfiyyətini və miqdarını dəqiqləşdirmək; Təmizlik işçilərinə və obyektlərə lazım olan materialların vaxtında və düzgün paylanmasını təmin etmək; Tələb olunan materialların həcmindən asılı olaraq sifarişlərin hazırlanmasında iştirak etmək; Anbarda mövcud olan mal və materiallar üzrə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq; Mal-materialların təhlükəsizliyini və bütövlüyünü qorumaq; Anbarın təhlükəsizliyini təmin etmək və zərər risklərini azaltmaq üçün tədbirlər görmək; Yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirmək. Namizədə tələblər Ali təhsil; İş təcrübəsi: 5 ildən çox; Yaş: 25 - 40; Cins: Kişi; Anbar idarəetməsi və inventarizasiya prosesləri barədə biliklər; Təmizlik materialları və avadanlıqları haqqında məlumatlı olmaq; MS Excel, 1C (8.3) və anbar proqramları ilə işləmək bacarığı; Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı; Qərar vermək və məsuliyyət götürmək bacarığı. İş şəraiti İş qrafiki: 6 günlük; İş rejimi: B.e-C: 09:00-17:00, Şənbə: 09:00-14:00; Əmək haqqı: 800-1000 AZN (bilik və bacarıqlara əsasən müəyyən ediləcək); Şirkət: Green Cleaning. Müraciət qaydası Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin və mövzu hissəsində “Baş anbardar (təmizlik şirkəti)” yazın.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.