Vakansiya haqqında
Bakıda yerləşən otel üçün İT menecer müavini axtarılır.
İT menecer müavini vəzifə öhdəlikləri
Hotelin İT sistemlərinin dayanıqlı və düzgün işləməsi üçün İT Menecerinə dəstək göstərmək;
İT Meneceri olmadıqda onun gündəlik tapşırıqlarını və iş proseslərini icra etmək;
Kompüter, printer, POS terminalı, telefon və digər İT avadanlıqlarına texniki dəstək vermək;
Əməkdaşların İT ilə bağlı müraciətlərini qəbul etmək və yaranan texniki çətinlikləri vaxtında həll etmək;
Şəbəkə, internet və sistemlərin işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
Proqram təminatlarının quraşdırılması, yenilənməsi və nasazlıqların aradan qaldırılmasını təmin etmək;
İT avadanlıqlarının inventar uçotunu aparmaq və onların texniki vəziyyətini izləmək;
İstifadəçi hesabları, giriş hüquqları və İT təhlükəsizliyi ilə bağlı proseslərdə iştirak etmək;
Hotelin istifadə etdiyi proqram və sistemlərdə yaranan problemlərin aradan qaldırılmasına kömək etmək;
İT təhlükəsizliyi qaydalarına və daxili prosedurlara əməl olunmasına nəzarət etmək;
Hesabatların və digər sənədlərin hazırlanmasında İT Menecerinə dəstək olmaq;
İT şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasında iştirak etmək.
Namizədə tələblər
İT sahəsində ən azı 2 il iş təcrübəsi;
Hotel sektorunda İT təcrübəsi üstünlük hesab olunur;
İT sistemləri, kompüter avadanlıqları və şəbəkə üzrə yaxşı biliklər;
Windows, MS Office və əsas sistem inzibatçılığı üzrə biliklər;
Şəbəkə, internet, printer, POS və digər periferiya cihazları ilə işləmək bacarığı;
Texniki məsələləri analiz etmək və operativ həll etmək qabiliyyəti;
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək;
Rus dili biliyi üstünlükdür;
Liderlik və koordinasiya bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komanda idarəetməsi və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik kollektiv;
Karyera inkişafı imkanları;
Nahar təminatı;
Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İT Menecer Müavini” qeyd edilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
