Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

STP Global Cable

SƏTƏM üzrə müfəttiş

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıtda yerləşən istehsalat müəssisəsində SƏTƏM üzrə müfəttiş vakansiyası üzrə namizədlər axtarılır. STP GLOBAL CABLE” MMC SƏTƏM bölməsi üçün SƏTƏM üzrə müfəttiş vəzifəsinə işçi qəbulu elan edir. “STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən biznes vahidlərindən biridir və kabel, eləcə də elektrik avadanlıqları zavodlarını bir araya gətirir. Məhsul çeşidinin genişliyi və istehsal həcminə görə regionun iri istehsalçıları sırasında yer alan şirkətin xarici bazarda da müştəri bazası mövcuddur. Müəssisənin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazini əhatə edir. Özünə və işinə məsuliyyətlə yanaşan, müvafiq sahədə təcrübəsi olan namizədləri komandaya qoşulmağa dəvət edirik. Namizədə dair tələblər Ali təhsil; əməyin mühafizəsi, texniki, mühəndislik və ya uyğun ixtisaslara üstünlük verilir; İstehsalat müəssisələrində SƏTƏM sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi; Microsoft Office proqramlarını peşəkar səviyyədə bilmək; Güclü ünsiyyət və davranış bacarıqları; İşgüzar və məsuliyyətli yanaşma. Vəzifə öhdəlikləri Müəssisədə SƏTƏM tələblərinə, daxili qaydalara və ISO 45001, ISO 14001 standartlarına uyğunluğa nəzarət etmək; İstehsalat, anbar və yardımçı sahələrdə planlı və növbədənkənar SƏTƏM yoxlamaları aparmaq, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılmasını izləmək; Təhlükələrin müəyyən olunması, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsində iştirak etmək; Qəza, insident və təhlükəli halların araşdırılmasında, səbəblərin təhlilində və profilaktik tədbirlərin hazırlanmasında iştirak etmək; İşçilərin SƏTƏM üzrə təlimatlandırılmasını, FMV-lərdən düzgün istifadənin, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirmənin həyata keçirilməsi; Fövqəladə hallara hazırlıq, təxliyə planları və praktiki məşqlərin təşkilində iştirak etmək; Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək; Əmək, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində, həmçinin dövlət qurumlarının yoxlamaları üçün sənədlərin hazırlanmasında iştirak etmək; SƏTƏM üzrə hesabatların, aktların, risk qiymətləndirmə sənədlərinin, təlim protokollarının və digər aidiyyəti sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsini həyata keçirmək. Sizə nə təklif olunur? Ölkənin ən böyük sənaye müəssisələrindən birində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkət dəstəyi. Əlavə məlumat Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi əsasında müəyyən edilir; Şirkət tərəfindən nahar və nəqliyyat servisi təmin olunur; İş vaxtı növbəlidir; İş yeri Sumqayıtdadır. Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə müfəttiş” yazmaqla Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olaraq göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.