Vakansiya haqqında
SƏTƏM üzrə mütəxəssis vakansiyası üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərində təhlükəsizliyinə nəzarət işləri daxildir.
Təsvir
İş yerlərində əməyin mühafizəsi tələblərinin düzgün icrasına nəzarət etmək;
İş sahələrində profilaktik tədbirləri və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək;
Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və İZ formalı aktı hazırlamaq;
Şöbə müdirinin və dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsini, eləcə də yoxlamalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək;
İş yerlərində əməyin təhlükəsizliyi üzrə xəbərdaredici, göstərici və digər nişanların, həmçinin lövhələrin siyahısını tərtib etmək;
Əməyin təhlükəsizliyi üzrə təlim proqramının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş proqram əsasında işçilərə təlim keçmək;
Qurğu və avadanlıqların dövri sınaqlarına, qoruyucu və fərdi mühafizə vasitələrinə, həmçinin qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
İşçilərin və birbaşa rəhbərlik edən şəxslərin təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
Müəssisədə istifadə olunan yüksək təhlükəli obyekt və avadanlıqların, eləcə də təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək;
İstehsalat sahələri üçün əməyin mühafizəsi ilə bağlı normativ texniki sənədlərin alınmasına dair tələbnamə hazırlamaq;
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə və onların FMV-dən düzgün istifadə etməsinə nəzarət etmək;
Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçməsinə nəzarət etmək, təlimat jurnallarının vəziyyətini yoxlamaq;
İş qrafiki
5 günlük, 09:00-18:00
Tələblər
Ali təhsil: Əməyin mühafizəsi, Təhlükəsizlik mühəndisliyi, Ekologiya;
SƏTƏM sahəsində minimum 1 il iş təcrübəsi; FMCG, retail, istehsalat və ya logistika sahəsində təcrübə üstünlükdür;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə normativ tələbləri bilmək;
Əmək şəraitinin və iş yerlərinin təhlükəsizlik tələblərinə uyğunluğunu qiymətləndirmə bacarığı;
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə bilik;
Təlimatlandırma və təhlükəsizlik üzrə təlim keçmək bacarığı;
Hadisə, qəza və insidentlərin araşdırılması, müvafiq hesabatların hazırlanması bacarığı;
MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
Komanda ilə işləmək və güclü kommunikasiya bacarığı;
Məsuliyyətli və diqqətli yanaşma.
Vakansiya növü
Tam ştat
İmtiyazlar
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə ilə təmin olunur;
Servis ilə təmin olunur;
Avtomobil mövcuddursa, amortizasiya və yanacaq xərci təmin edilir.
Maraqlanan namizədlər müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
