Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Insurance

Sənədlərin idarəolunması üzrə kiçik mütəxəssis (resepşn)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda sənədlərin idarəolunması üzrə kiçik mütəxəssis (resepşn) vakansiyası üzrə müraciətlər qəbul olunur. Vakansiya haqqında PAŞA Sığorta ASC sənədlərin idarəolunması şöbəsində kiçik mütəxəssis (resepşn) vəzifəsi üzrə namizədləri peşəkar komandaya qoşulmağa dəvət edir. Bu vəzifə sənəd dövriyyəsinin düzgün təşkili və idarə olunması, daxili və xarici korrespondensiyanın təhlükəsiz şəkildə yönləndirilməsi, əməkdaşlar və qonaqlar üçün qarşılanma və informasiya dəstəyi göstərilməsi, eləcə də şirkətin məxfi məlumatlarının qorunması ilə bağlıdır. Vəzifə təşkilati proseslərin səmərəli işləməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verir. Öhdəliklər Əməkdaşları və qonaqları qarşılayıb yönləndirmək, zərurət yarandıqda onları müşayiət etmək Şirkətə daxil olan xidməti sənədləri və digər korrespondensiyanı qəbul etmək, ünvanların düzgünlüyünü və zərflərin bütövlüyünü yoxlamaq, qeydiyyatını aparmaq və aidiyyəti üzrə təhvil vermək Zərfə yanlış yerləşdirilmiş sənədləri geri qaytarmaq və ya göndərənin razılığı ilə müvafiq tədbir görmək Sənədləri göndəriş üçün hazırlamaq, zərflərə yerləşdirmək, qaimələri doldurmaq, konvertlərə tikmək və məktubları kuryer şirkətinə təqdim etmək Yaranan sualları araşdırmaq və müvafiq məlumat vermək Müraciətləri qeydə almaq və tələb olunduqda hesabat hazırlamaq Sənədlərin məxfiliyi və təhlükəsizlik tələblərinə riayət etmək Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək Bilik və bacarıqlar Güclü ünsiyyət və komandada işləmək bacarığı Gülərüz və peşəkar davranış Dəqiqlik və məsuliyyətlilik Stresli situasiyaları idarə etmək və çevik reaksiya vermək bacarığı Fikirlərini aydın ifadə etmək Sığorta qanunvericiliyi üzrə baza bilikləri Dil bilikləri: Azərbaycan, ingilis və rus Təhsil və təcrübə Ali təhsil Müvafiq sahədə minimum 1 il iş təcrübəsi Bizim təklifimiz Peşəkar və dəstəkləyici komandada çalışma imkanı Şəxsi və peşəkar inkişaf üçün geniş imkanlar Fərqli layihələrdə iştirak və yeni biliklər əldə etmək imkanı Şirkət daxilində şəffaf və əməkdaşlığa əsaslanan mühit “Great Place To Work” sertifikatlı şirkətdə işləmək imkanı Müraciət qaydası Maraqlanan namizədlər “Müraciət et” düyməsində göstərilən keçid vasitəsilə müraciət edə bilərlər. Yalnız ilkin seçim meyarlarına uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.