Vakansiya haqqında
Bakı üçün istehsalat üzrə hesabat mütəxəssisi vakansiyasında beton prekast istehsalatı üzrə hesabatların hazırlanması və texniki koordinasiya işi təklif olunur.
Əsas vəzifə öhdəlikləri
İstehsalat üzrə hesabat mütəxəssisi birbaşa beton prekast istehsalat məmulatları üzrə menecerə tabedir.
Beton boru istehsalı üzrə istehsal planlarının hazırlanması və icrasına nəzarətin aparılması.
İstehsal planı ilə faktiki istehsal göstəricilərinin müqayisəli təhlilinin edilməsi.
Texniki sənədlərin, layihə çertyojlarının və spesifikasiyaların hazırlanması və yoxlanılması.
İstehsal prosesində istifadə olunan materialların və avadanlıqların hesablanması, eləcə də optimallaşdırılması.
İstehsal sahəsi ilə texniki ofis arasında koordinasiyanın təmin edilməsi.
Keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət departamenti ilə əməkdaşlıq edərək məhsulların standartlara uyğunluğunun yoxlanılması.
İstehsal göstəriciləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
Texniki problemlərin təhlili, həlli və təkmilləşdirmə təkliflərinin hazırlanması.
Rəhbərlik tərəfindən daxil olan bütün sorğuların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar
Tikinti materialları, xüsusilə beton və dəmir-beton məhsullarının istehsalı üzrə biliklər.
İstehsalat proseslərini oxumaq və təhlil etmək bacarığı.
AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək bacarığı.
MS Office proqramları ilə hesabat hazırlamaq bacarığı.
Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarığı.
Komandada işləmək və sahə ilə ofis arasında koordinasiyanı təmin etmək bacarığı.
Təhsil və təcrübə
Ali təhsil, mühəndislik ixtisasları üzrə, o cümlədən inşaat, mexanika və s.
Beton boru və ya oxşar istehsal sahəsində minimum 2-3 il iş təcrübəsi.
İstehsalat sahəsində texniki sənədləşmə və keyfiyyət standartları üzrə biliklər.
Müraciət qaydası
Müraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “İstehsalat üzrə hesabat mütəxəssisi” başlığı ilə göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
