Vakansiya haqqında
Əmlak satışı və kirayəsi üzrə ofis mühitində işləyəcək, rus dilində sərbəst danışa bilən təcrübəli satış məsləhətçiləri axtarılır.
Namizədə tələblər
Ali təhsil
Azərbaycan və rus dillərində səlis danışıq və düzgün ünsiyyət bacarığı
Müştəri ilə işləməyə və satış sahəsinə maraq
Məsuliyyətli olmaq və işə ciddi yanaşmaq
Danışıqlar aparmaq və təqdimat bacarığı
Komandada işləmək bacarığı
Daşınmaz əmlak və ya satış sahəsində təcrübə üstünlükdür
İş təcrübəsi olmayan namizədlərə də üstünlük verilir; ilkin hazırlıq və iş prosesi üzrə dəstək göstərilir
İşin əsas öhdəlikləri
Müştərilərlə telefon və görüş vasitəsilə əlaqə qurmaq
Müştərinin tələbinə uyğun əmlakları seçmək və təqdim etmək
Əmlak baxışlarını təşkil etmək
Alıcı və satıcı ilə danışıqlar aparmaq
Satış prosesini başlanğıcdan yekunlaşana qədər idarə etmək
Şirkət tərəfindən təqdim olunur
Müştəri bazası və daxil olan müraciətlərlə işləmək imkanı
Satış və daşınmaz əmlak sahəsi üzrə təlimlər
Sabit iş mühiti və komanda dəstəyi
Satış nəticələrinə uyğun bonus və komissiya sistemi
Peşəkar və karyera inkişafı imkanı
İş qrafiki
09:00-18:00
Müraciət qaydası
Daşınmaz əmlak sahəsində uzunmüddətli karyera qurmaq istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət zamanı mövzu hissəsində “Əmlak üzrə satış məsləhətçisi” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
