Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku Steel Company CJSC

İnsan resursları üzrə koordinator

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıt şəhərində İnsan resursları üzrə koordinator vəzifəsi üzrə şirkətin HR əməliyyatları, əmək münasibətləri və sənədləşmə prosesləri həyata keçiriləcək. Vəzifə haqqında Bu vəzifə çərçivəsində şirkət üzrə insan resursları əməliyyatlarının və əmək münasibətləri ilə bağlı prosedurların vaxtında və düzgün icrasını təmin etmək, HR sənədlərini koordinasiya etmək, həmçinin işə qəbul, adaptasiya və təlim proseslərində iştirak etmək tələb olunur. Əsas vəzifə öhdəlikləri Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi proseslərini əmək qanunvericiliyinə uyğun şəkildə icra etmək; ƏMAS, 1C 8.3, İSB və digər HR sistemlərində əməkdaş məlumatlarının dəqiq və aktual saxlanılmasını təmin etmək; Tabel, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər insan resursları əməliyyatlarını koordinasiya etmək; Əmrlərin, müqavilələrin, arayışların və digər HR sənədlərinin hazırlanması və rəsmiləşdirilməsini həyata keçirmək; Əmək münasibətləri və intizam məsələləri ilə bağlı sənədləşmə proseslərində iştirak etmək; Yeni əməkdaşların onboarding və adaptasiya mərhələlərini koordinasiya etmək; İşə qəbul proseslərində aidiyyəti HR əməkdaşları və struktur bölmələrlə əməkdaşlıq etmək; Təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlimlərin təşkili və nəticələrin izlənilməsində iştirak etmək; HR göstəriciləri üzrə məlumatları toplamaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq; İşçilərə və struktur rəhbərlərinə HR prosesləri üzrə dəstək vermək, proseslərin təkmilləşdirilməsində iştirak etmək. Tələblər İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment və ya əlaqəli sahə üzrə ali təhsil; İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi; HR Operations və əmək münasibətləri üzrə praktiki iş təcrübəsi; Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək; ƏMAS, 1C 8.3 və İSB sistemlərində işləmək bacarığı; İşə qəbul, onboarding və adaptasiya, təlim və inkişaf prosesləri üzrə bilik; HR sənədləşməsi və hesabatlılıq üzrə praktiki bilik; MS Office proqramlarında yaxşı işləmək bacarığı; Azərbaycan və rus dillərini səlis bilmək mütləqdir; İngilis dili biliyi üstünlükdür; Güclü kommunikasiya, koordinasiya, analitik düşüncə və problem həll etmə bacarığı; Dəqiqlik, məsuliyyətlilik və məxfilik. Arzuolunandır HR Management, əmək qanunvericiliyi, HR Operations, Recruitment & Selection və Learning & Development istiqamətləri üzrə təlim və sertifikatların olması üstünlük hesab olunur. İş şəraiti İş yeri: Sumqayıt şəhəri; Vakansiya növü: Tam ştat. İmtiyazlar Nahar təminatı; Rəqabətli əmək haqqı; Korporativ nömrə. Müraciət qaydası Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.