Vakansiya haqqında
Anbar işçisi vakansiyası üzrə məhsulların daşınması, yerləşdirilməsi və anbarın səliqəsinin qorunması işləri daxildir.
Vəzifə öhdəlikləri
Anbara gətirilən məhsulların nəqliyyat vasitəsindən anbara səliqəli şəkildə daşınmasını həyata keçirmək;
Məhsulları anbar daxilində ayrılmış sahələrə düzgün qaydada yerləşdirmək;
Mağazalara göndərilən məhsulların daşınmasını və yüklənməsini təmin etmək;
Anbarın səliqəli saxlanılmasına və məhsulların düzgün yığılmasına nəzarət etmək;
Anbar rəhbəri və anbardar tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər
Fiziki cəhətdən sağlam olmalı;
Kollektivdə komanda şəklində işləmək bacarığına malik olmalı;
Nizam-intizamlı və məsuliyyətli olmalı.
İş şəraiti
Əmək haqqı: 600-800;
İş saatı: 9:00-18:00;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş yeri: Binəqədi anbarı.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində yerləşən link vasitəsilə vakansiyaya müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
