Vakansiya haqqında
Bakıda anbar uçotu, ERP sistemində qeydiyyat və qida sahəsində təcrübəsi olan anbardar axtarılır.
Anbardar vakansiyası
“Groupone” MMC Təhcizat şöbəsi üçün anbardar üzrə vakansiya açıqdır.
Vəzifə öhdəlikləri
Anbara daxil olan və anbardan çıxan malların qəbulunu və təhvil prosesini həyata keçirmək.
Gələn malların sənədlərlə uyğunluğunu yoxlamaq.
Materialların düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək.
Anbar uçotunu ERP sistemi üzərindən aparmaq.
ERP proqramında mədaxil və məxaric əməliyyatlarını vaxtında və düzgün şəkildə qeyd etmək.
Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq.
Qalıqlara nəzarət etmək və rəhbərliyə məlumat vermək.
İnventarizasiya prosesində iştirak etmək.
Maddi-məsul şəxs kimi anbarın təhlükəsizliyini və nizam-intizamını təmin etmək.
Namizədə tələblər
Yaş həddi: 25-40.
Bəy namizəd tələb olunur.
Restoran və qida sahəsində anbardar vəzifəsində minimum 2 il iş təcrübəsi.
ERP proqramı ilə işləmək bacarığı (1C və ya digər sistemlər).
MS Office proqramlarında işləmək bacarığı.
Sənədləşmə və uçot qaydalarını bilmək.
Məsuliyyətli, diqqətli və dəqiq olmaq.
Təminatlar
İş qrafiki: 6 günlük.
İş yeri: Bakı şəhəri, Babək prospekti, City Park Mall-la üzbəüz.
Nahar şirkət tərəfindən verilir.
Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə.
Əmək haqqı: 1200 AZN.
Müraciət qaydası
Uyğun namizədlər öz CV-lərini “Anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
