Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

bauger.az

Ailə sürücüsü

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Ailə sürücüsü vakansiyası üzrə təcrübəli, məsuliyyətli və səliqəli namizəd axtarılır. Namizədə tələblər Şəxsi və ya ailə sürücüsü kimi ən azı 5 il iş təcrübəsi olmalıdır. Bakı şəhərində və ya Bakıya yaxın ərazilərdə yaşamaq tələb olunur. Siqaret çəkməməli və spirtli içki qəbul etməməlidir. B kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalı və qəzasız sürmə təcrübəsi olmalıdır. Bakı şəhərinin və ətraf yolların yaxşı bilinməsi vacibdir. Xarici görünüş səliqəli olmalı, ünsiyyət mədəni və davranış intizamlı olmalıdır. Məxfiliyə ciddi yanaşmaq lazımdır. Vaxta dəqiqlik və çevik iş qrafikinə uyğunlaşmaq bacarığı olmalıdır. Vəzifə öhdəlikləri Ailə üzvlərinin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək. Avtomobilin təmizliyini və texniki sazlığını qorumaq. Texniki baxışın, təmirin və digər servis işlərinin vaxtında təşkilinə nəzarət etmək. Ailənin gündəlik işlərinə, o cümlədən alış-verişə, sənəd və əşyaların çatdırılmasına kömək etmək. Lazım gəldikdə şəhərdən kənar səfərləri həyata keçirmək. İş şəraiti İş qrafiki: 6 günlük. Əmək haqqı: 1000 AZN. Maraqlanan namizədlər CV-lərini müraciət bölməsində göstərilən elektron poçt ünvanına “Sürücü” mövzusu ilə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.