Vakansiya haqqında
Füzuli, Beyləqan və Ağcabədi üzrə insan resursları mütəxəssisi axtarılır.
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: İR və İnzibati işlər departamenti
Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri
İş yeri: Füzuli, Beyləqan, Ağcabədi
İş qrafiki: 6 günlük iş həftəsi; 1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olaraq, müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC isə ölkənin aparıcı aqrar-sənaye qruplarından biri kimi kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri
Ağcabədi, Füzuli, İmişli və Beyləqan üzrə HR proseslərinin tam idarə olunması: işə qəbul, işdən azad etmə, məzuniyyət, ezamiyyət və davamiyyət.
Əmək müqavilələri, əlavə razılaşmalar və xitam sənədlərinin vaxtında və düzgün hazırlanması.
ƏMAS sisteminə məlumatların daxil edilməsi və yoxlanılması, həmçinin əməkdaşların şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və HR audit üçün hazır saxlanılması.
Şəxsi məlumatların məxfiliyinin qorunması və məlumat təhlükəsizliyi tələblərinə əməl olunması.
Müsahibələrin təşkili, nəticələrin sənədləşdirilməsi və seçilmiş namizədlərlə rəsmi yazışmaların aparılması.
Davamiyyət cədvəllərinin hazırlanması, yoxlanılması və aylıq hesabatların təqdim edilməsi.
İllik məzuniyyət planının tərtibi və faktiki icrasına nəzarət.
1C proqramında əməkdaşların iş qrafiklərinin, SR və PR sorğularının yaradılması və alış prosesinin sonadək izlənməsi.
HR sənədlərinin korporativ qaydalara uyğun arxivləşdirilməsi və elektron sistemdə saxlanılması.
Vəzifə tələbləri
Ali təhsil; idarəetmə, biznes, hüquq və ya əlaqəli sahələr üstünlükdür.
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi.
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək.
Elektron Hökumət portalları ilə işləmək bacarığı; xüsusilə ƏMAS və İSB.
Sənəd dövriyyəsi və arxivləşdirmə üzrə bacarıq.
Sıx müddətlər daxilində tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Müstəqil araşdırma aparmaq bacarığı, komandada işləmək, məsuliyyət, dəqiqlik və proaktiv yanaşma.
Azərbaycan dili səlis olmalıdır, İngilis dili arzuolunandır.
1C / ERP və MS Office proqramlarını sərbəst istifadə səviyyəsində bilmək.
Biz təklif edirik
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
Peşəkar və liderlik bacarıqlarını inkişaf etdirən proqramlar
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
Karyera inkişafı və qrup daxilində rotasiya imkanları
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
Qrupdaxili xüsusi güzəştlərdən yararlanmaq imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi üzrə)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
