Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Pizza Mizza

Baş mühasib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Baş mühasib vakansiyası üzrə şirkətimizin maliyyə və vergi uçotunu dəqiq, şəffaf və qanunvericiliyə uyğun idarə edəcək peşəkar namizəd axtarılır. Pizza Mizza brendi orijinallıq, keyfiyyət və əlçatanlıq prinsipləri üzərində formalaşıb və ictimai iaşə sahəsində fərqli yanaşma yaratmaq məqsədi daşıyır. İş yeri: Baş Ofis Şöbə: Maliyyə Birbaşa rəhbər: Baş İcraçı Direktor (CEO) Vəzifənin əsas məqsədi Şirkətin mühasibat və vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək, maliyyə resurslarını səmərəli idarə etmək, vergi və maliyyə risklərini azaltmaq və rəhbərliyə düzgün maliyyə hesabatları təqdim etmək. Vəzifə öhdəlikləri Şirkətin mühasibat və vergi uçotunu AR qanunvericiliyinə uyğun olaraq vaxtında, düzgün və sistemli şəkildə təşkil etmək və idarə etmək. Dövlət Vergi Xidmətinə, DSMF-yə, Statistika Komitəsinə və digər aidiyyəti qurumlara təqdim olunan bəyannamə və hesabatların, o cümlədən ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində vergi və digər sənədlərin tam və vaxtında hazırlanmasını təmin etmək. Kassa, bank, e-qaimə, hesab-faktura və əsas vəsaitlər üzrə əməliyyatların gündəlik uçotda əks olunmasına nəzarət etmək. İaşə proqramlarında, o cümlədən iKo sistemində məhsul reseptlərinin, kalkulyasiya kartlarının və silinmələrin düzgünlüyünü yoxlamaq. Restoranlar üzrə dövri inventarizasiya proseslərinə rəhbərlik etmək, artıq və ya əskik fərqləri təhlil edərək rəhbərliyə rəy təqdim etmək. Təchizatçılarla ərzaq və xammal üzrə üzləşmə aktlarının mütəmadi hazırlanmasını, debitor və kreditor borclarının nəzarətdə saxlanılmasını təmin etmək. Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə hesabatlarını, o cümlədən P&L, Cash Flow və Balans hesabatlarını hazırlamaq və təqdim etmək. Filiallar üzrə rentabellik, OPEX və CAPEX xərclərini təhlil etmək, xərclərin optimallaşdırılması üçün təkliflər vermək. Əməkhaqqı, bonus, məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin düzgün hesablanmasına və vaxtında köçürülməsinə nəzarət etmək. Əmək müqavilələri üzrə vergi və sosial ayırmaların dəqiq hesablanaraq büdcəyə ödənilməsinə nəzarət etmək. Mühasibatlıq şöbəsinin əməkdaşlarının iş bölgüsünü aparmaq, mühasiblər, kassa müfəttişləri və operatorların fəaliyyətinə rəhbərlik və nəzarət etmək. Kommersiya sirrinin qorunmasına və məxfilik qaydalarına tam əməl etmək. Tələblər Ali təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsi. İş təcrübəsi: ictimai iaşə, HoReCa və ya restoran sahəsində Baş Mühasib və ya Aparıcı Mühasib kimi minimum 3-5 il təcrübə. MS Office, xüsusilə MS Excel proqramını yüksək səviyyədə bilmək. AR Vergi Məcəlləsi və Mühasibat Uçotu haqqında qanunvericiliyi mükəmməl bilmək, MHBS/IFRS bilikləri arzuolunandır. Analitik düşüncə, detallara diqqət, komandanı idarəetmə və liderlik bacarığı, məsuliyyətlilik və stresə davamlılıq. İş şəraiti və təminatlar İş qrafiki: I-V günlər, 09:00 – 18:00 Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun rəqabətədavamlı əməkhaqqı, müsahibə əsasında müəyyən olunur. Karyera imkanı: dinamik inkişaf edən restorançılıq şəbəkəsində peşəkar inkişaf imkanı. Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına “Baş Mühasib” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.